Bakıda yataqxanadakı yanğında xəsarət alanların vəziyyəti ağırdır

Bakıda yataqxanadakı yanğında xəsarət alanların vəziyyəti ağırdır, Javid

Təcili yardıma ümumilikdə 22 müraciət daxil olub

Bakucity.az xəbər verir ki, Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğın zamanı təcili yardıma ümumilikdə 22 müraciət daxil olub.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlardan 8 nəfərə yerində yardım edilib: “14 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiyaya gətirilib, onlardan 5 nəfər hospitalizasiya edilib və vəziyyətləri orta-ağır qiymətləndirilir. Digərləri ambulator qaydada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. 2 nəfər isə həkimlər hadisə yerinə çatana qədər ölüb”. (“Report”)

Bakucity.az

Yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər