Bakıda sərnişin daşıyıcılarının sayı 41-dən 36-ya endirilib

Bakıda sərnişin daşıyıcılarının sayı 41-dən 36-ya endirilib, Javid

32 marşrutun hərəkət sxemi dəyişdirilib

Bakucity.az xəbər verir ki, 2018-ci ildə Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərinin marşrut şəbəkəsində həyata keçirilən islahatlar nəticəsində daşıyıcıların sayı 41-dən 36-ya endirilib.

İslahatlar nəticəsində, həmçinin 39 marşrutun istismarçısı dəyişdirilib, 9 yeni marşrut təşkil edilib, 5-nin fəaliyyəti dayandırılıb və 32 marşrutun hərəkət sxemi sakinlərin müraciətlərinə və araşdırmaların nəticəsinə əsasən dəyişdirilib.

Müəyyən marşrutların fəaliyyəti dayandırılmaqla və tələbata uyğun yeni marşrutların təşkil edilməsi ilə onların sayı optimallaşdırılaraq 146-dan 149-a çatdırılıb.

Bakucity.az

Bakı Nəqliyyat Agentliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər