Bakıda köhnə "Sovetski"dəki bu layihə tıxaclara son qoyacaq - ARAŞDIRMA - bakucity.az

Bakıda köhnə "Sovetski"dəki bu layihə tıxaclara son qoyacaq - ARAŞDIRMA

"Sovetski"də yenidənqurma işləri nə yerdədir?  

Bakının köhnə “Sovetski” kimi tanınan ərazisində tikinti-quruculuq işləri davam edir. Hazırda ərazinin bəzi hissələrindəki hasarlar sökülüb və burada yaradılan parkın sərhədləri artıq sezilir. Bundan başqa, Şıxəli Qurbanov küçəsi ilə Azərbaycan prospektindən Nəriman Nərimanov prospektinə qədər geniş avtomobil yolunda tikinti işlərinin əksəriyyəti başa çatdırılıb. Aidiyyatı dövlət qurumundan bildirilib ki, bu ərazinin yenidən qurulması may ayına qədər tamamlanacaq. Bakucity.az bu genişmiqyaslı layihə barədə araşdırma aparıb, materialı oxucularımıza təqdim edirik. 

Dar küçələr genişləndirilib, yeni işıqlandırma sistemi quraşdırılıb

Bakucity.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, ərazidə yol infrastrukturunun tikintisi tamamilə tamamlanıb:

“Bölgədə avtomobil yolunun yenidən qurulması başa çatıb və gələcəkdə heç bir dəyişiklik gözlənilmir. Yeraltı keçid artıq işləyir. Tezliklə Füzuli və Mirzə Əliyev küçələri arasında 112 metr uzunluğunda, 52 metr genişliyi olan piyada keçidinin tikintisi də başa çatacaq. İşıqlandırma sisteminin quraşdırılması isə davam edir”.

Mətbuat katibinin sözlərinə görə, bu layihənin əsas üstünlüyü ondan ibarətdir ki, xüsusilə də pik saatlarda sürətlə hərəkət etmək mümkün olmayan dar küçələr genişləndirilib. Məsələn, uzunluğu 440 metr olan B.Məcidov küçəsi 7 metrdən 15 metrədək genişləndirilib və 3 zolaqlı edilib. A. Şaiq küçəsi 5 metrdən 9-15 metr arasında genişləndirilərək 2 və 4 zolaqlı edilib.

“Burada da işıqlandırma sistemi quraşdırılıb. Ərazidə bütün zəruri kommunikasiyalar təşkil edilib. Pavyonlar, keçidlər tikilib. Əvvəllər burada çox dar küçələr var idi. Axşam saatlarında burda həmişə tıxaclar olurdu. İndi yolda hərəkət etmək həm sürücülər, həm də piyadalar üçün rahatdır”, - deyə Anar Nəcəfov açıqlamasında qeyd edib.

Layihənin tarixi ötən əsrə gedib çıxır

“Azəravtoyol”un mətbuat katibi xatırladıb ki, bu layihə hələ ötən əsrin 1980-ci illərində planlaşdırılıb:

“O zaman Füzuli küçəsi və Nərimanov prospektinə qədər ərazidə yolları genişləndirmək zərurəti barədə söz düşüb və yolların kənarında ağacların əkilməsi təklif olunub, amma müəyyən səbəblərdən plan həyata keçirilməyib. Sonra ümummilli lider Heydər Əliyev bu planın həyata keçirilməsinə ehtiyac duyub. Daha sonra Füzuli küçəsi genişləndirilib, “Qış Parkı” inşa edilib və küçə Nərimanov prospektinə doğru uzadılıb. Yenidənqurma işləri Mirzəağa Əliyev, Balababa Məcidov, Abdulla Şaiq və Dram Teatrı binasının yaxınlığına qədər aparılıb”.

A. Nəcəflinin sözlərinə görə, ərazidə yolların kənarında sökülən evlərin yerində parklar salınacaq. 

Artıq bölgədə böyük tıxaclar müşahidə olunmur

Mətbuat katibinin sözlərinə görə, layihə artıq öz müsbət nəticələrini göstərir:

“Yadınızdadırsa, Füzuli və M.Əliyev küçəsində həmişə tıxaclar olurdu. Nərimanov abidəsi və Dövlət Statistika Komitəsinin binası yaxınlığında bəzi dəyişikliklər edilib. İndi orada dairəvi hərəkət var və əvvəlki kimi böyük tıxaclar müşahidə olunmur. Əlbəttə ki, pik saatlarda müəyyən qədər avtomobil sıxlığı olur, amma bütün bu dəyişikliklər digər küçələrə əhəmiyyətli dərəcədə təsir göstərir", - deyə A. Nəcəfli fikrini tamamlayıb.

Beləliklə, biz araşdırmamız zamanı öyrəndik ki, bu genişmiqyaslı layihə artıq öz müsbət nəticələrini verir. Avtomobil yolları genişləndirilib, tıxaclar azalıb, yolların işıqlandırılması, dayanacaqlar və piyada keçidləri isə öz yerində. Çox tezliklə köhnə "Sovetski" ərazisində çox böyük parklar salınacaq ki, burada Bakı sakinləri və paytaxt qonaqları rahat istirahət edə biləcəklər.

Züleyxa İsmayılova

Bakucity.az

köhnə "Sovetski"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Paytaxtda avtoxuliqanlıq edən sürücü saxlanılıb Bakucity.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının saxladığı “99 LE 781” dövlət nömrə nişanlı, "Nissan Sunny" markalı avtomobilin sürücüsü Kamran Qasımovdur.  Kamran Qasımov etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyi üçün yol polisinin saxla işarəsinə tabe olmayaraq qaçıb. YPX əməkdaşları onu təqib etdikdə isə sürücü qarşısına çıxan bütün maşınları vuraraq əzib. Bunu...
Cəmiyyət
Onlardan 10-u kişi, 6-sı isə qadındır Bakucity.az xəbər verir ki, ötən gün 16 nəfər günvurma diaqnozu ilə Səhiyyə Nazirliyinin Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.    Gün vurlanlardan 10 nəfəri hospitalizasiya edilib. 6 nəfərə isə yerində yardım göstərilib.  Bakucity.az
Hadisələr
Onun bir neçə şəxsə iri məbləğdə borcu olub Bakucity.az xəbər verir ki, Ucar rayonun sakini,  40 yaşlı Asim Hüseynovun cəsədi iyunun 24-də, axşam saatlarında Qara Qarayev prospektində tapılıb. Onun kürək nahiyəsində güllə yaraları aşkarlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. hazırda polis onun axtarışı ilə məşğuldur.  İlkin araşdırma zamanı məlum olub ki, A.Hüseynovun daha əvvəl kiçik biznesi olub, tikinti materialları (ağac)...
Hadisələr
Bakıda minik avtomobilinin üzərinə daş qırıntıları düşüb Bakucity.az xəbər verir ki, Xətai rayonunun Sarayevo küçəsində "NİVA" markalı minik avtomobilini park edən sürücü bədbəxt hadisə ilə üzləşib.  Belə ki, avtomobilin yanında olan binadan onun üzərinə aqlay qırıntıları tökülüb. "NİVA"-ya ciddi ziyan dəyib. Avtomobilin damı və digər hissələri əzilib. (Trend) Bakucity.az
Cəmiyyət
Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov vəfat edib Bakucity.az xəbər verir ki, Prezident təqaüdçüsü ötən gün 95 yaşında dünyasını dəyişib. Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər inst...
Cəmiyyət
Bakı Nəqliyyat Agentliyi (BNA) təxliyyə xidmətinə başlayacağını açıqlayıb Bakucity.az xəbər verir ki, BNA durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa aparacaq.  ilkin olaraq təxliyyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək. Təxliyyə prosesi...
Hadisələr
Sürücülərdən diqqətli olmaları tələb olunur Bakucity.az xəbər verir ki, Heydər Əliyev prospektindəki sıxlıq təmir işləri ilə bağlıdır.   Təmir işlərinin qısa zamanda yekunlaşması gözlənilir. Bakucity.az
Mədəniyyət
Bu, onun beynəlxalq festivalda üçüncü çıxışı olacaq Bakucity.az  xəbər verir ki, 25-28 iyul tarixlərində Bakıda keçiriləcək “Jara-2019” Beynəlxalq Musiqi Festivalında Azərbaycanı “Eurovision”da təmsil edən müğənni Səmra Rəhimli də çıxış edəcək. Bu barədə layihənin İnstaqram səhifəsində qeyd olunub. Sənətçi səhnəyə 28 iyul tarixində çıxacaq. Bu, onun beynəlxalq festivalda üçüncü çıxışı olacaq. Xatırladaq ki, festivalın digər azərbaycanlı ulduz qonaqları Xal...
Ekologiya
Bir neçə gündür Bakıda isti hava şəraiti hökm sürür Bakucity.az xəbər verir ki, hidremetereoloqlar istilərin davam edəcəyini açıqlayıblar.  Ekologiya və təbii sərvətlər nazirliyi milli hidrometeorologiya departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki,  iyunun 25-26-da  Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq.  Müşahidə olunan isti hava şəraiti əksər insanlar üçün əlverişsiz, meteohəssas ınsanlar üçün isə riskli hesab olunduğundan, gündü...