Bakı 8 Martda səyahət üçün ən yaxşı şəhərlər sırasına düşdü

Bakı 8 Martda səyahət üçün ən yaxşı şəhərlər sırasına düşdü

Siyahının ilk onluğuna Paris, Moskva və Roma kimi şəhərlər düşüb

“TurStat” analitik agentliyi turistlər arasında apardığı internet sorğu əsasında, 8 Mart Beynəlxalq Qadınlar Günü səyahət üçün ən yaxşı şəhərlərin siyahısını hazırlayıb. 

Siyahının ilk onluğuna Sankt-Peterburq, Paris, Soçi, Roma, Astana, Moskva, Yaroslavl, Minsk, Praqa və Yalta daxil edilib. 

Agentliyin məlumatına görə, səsvermə zamanı turistlərin 22 faizi Sankt-Peterburq, 18 faizi Paris, 10 faizi Soçi, 9 faizi Roma, 8 faizi Astana, 6 faizi Mosvka, 6 faizi Yaroslavl, 5 faizi Minsk, 5 faizi Praqa və 4 faizi Yaltaya səs verib. 

8 Mart bayram günündə səyahət üçün ən yaxşı şəhərlərin siyahısında Bakı, Berlin, Qazan və Tallin də var. 

8 Mart MDB ölkələrində, o cümlədən, Rusiya, Belarus, Azərbaycan və BMT təşkilatı tərəfindən bayram günü hesab edilir. (Oxu.az)

Bakucity.az

8 Mart
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər