Daha bir türk müğənni Bakıya gəlir

Daha bir türk müğənni Bakıya gəlir, Javid

“Öldür Beni Sevgilim” filminin qala gecəsi keçiriləcək

Bakucity.az xəbər verir ki, martın 13-də saat 19:30-da "Elektra Events Hall"da “Öldür Beni Sevgilim” filminin qala gecəsi keçiriləcək. 

 "CinemaPlus” premium kinoteatrının təqdimatı ilə  keçirilən qala gecəsinə Türkiyənin tanınmış ulduzları Murat Boz və Seda Bakan da qatılacaqlar.

“Öldür Beni Sevgilim”in rejissoru Şenol Sönmezdir. Filmdə Murat Boz, Seda Bakan, Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilşad Şimşek və Ali Yoğurtçuoğlu iştirak edir.

Film martın 14-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Biletləri iTicket-in satış mərkəzlərindən əldə etmək olar.

Bakucity.az

Murat Boz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər