Duman Bakı aeroportunun işinə təsir edib? - AÇIQLAMA

Duman Bakı aeroportunun işinə təsir edib? - AÇIQLAMA, Javid

Beynəlxalq Hava Limanından açıqlama

Bakucity.az xəbər verir ki, Bakıda müşahidə olunan qatı duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.

Bu barədə aeroportdan bildiriblər.

Qeyd olunub ki, təyyarələrin uçuşu və enişi cədvələ uyğun həyata keçirilir:

“Təyyarələrin uçuşunda heç bir ləngimə yoxdur. Aeroport adi rejimdə işləyir”.

Bakucity.az

Heydər Əliyev Beynəlxalq Hava Limanı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər