Bakının mərkəzində kütləvi dava: iki nəfər bıçaqlandı

Bakının mərkəzində kütləvi dava: iki nəfər bıçaqlandı, Javid

Hadisə Qış Parkında baş verib.

Bakucity.az xəbər verir ki, Nəsimi rayonunda 6 nəfər arasında kütləvi dava düşüb.

Belə ki, 19 yaşlı Eyvazov Muradəli Sidqəli oğlu sevdiyi qıza görə 4 nəfərlə əlbəyaxa dava edib. Davaya M.Eyvazovun qohumu 22 yaşlı Nəsirov Sübhan Sarıbala oğluda müdaxilə etməli olub.

Lakin mübahisə qanlı sonluqla bitib. M.Eyvazov və S.Nəsirov bədənlərinin müxtəlif nahiyələrindən bıçaqlanıb. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. (ONA)

Bakucity.az

kütləvi dava
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər