Bakıda məşhurların iştirakı ilə musiqili gecə keçirildi - FOTO

Musiqili gecə beynəlxalq qadınlar gününə həsr olunub

Bakucity.az xəbər verir ki, Bakı Kitab Mərkəzində 8 mart beynəlxalq qadınlar gününə həsr olunmuş musiqili gecə keçirildi

Martın 6-da BKM-də Beynəlxalq Qadınlar Gününə həsr olunmuş musiqili gecə keçirildi. Gecənin aparıcıları Emin Musavi, Ceyhun Əli və Cabir İmanov qadınları qarşıdan gələn bayram münasibətilə səmimiyyətlə təbrik etdilər. Onlar müdrik azərbaycanlı xanımların cəmiyyətimizdəki rolunu, onların Azərbaycan mədəniyyətinin formalaşmasına göstərdikləri böyük təsirini, ölkəmizin inkişafına misilsiz töhfələr vermələrini xüsusilə vurğuladılar.

Tədbirdə xalq yazıçıları Çingiz Abdullayev və Anar maraqlı və məzəli əhvalatlarla bölüşüb, toplaşanlarda xoş əhval-ruhiyyə yaradıb tədbirə təkrarolunmaz ovqat qatdılar.

SSRİ xalq artisti Fərhad Bədəlbəyli, Xalq artistləri Salman Qəmbərov, Yalçın Adıqözəlov, Murad Hüseynov, AR əməkdar incəsənət xadimi, görkəmli violonçel ifaçısı Dmitri Yablonski , əməkdar artist Ehtiram Hüseynov, beynəlxalq müsabiqələr laureatı Vüsal Aydəmirov bənzərsiz ifaları ilə tamaşaçıların zövqünü oxşadılar.

Gecənin sürprizlərindən biri Camir İmanovun bəstələdiyi, sözləri şair Aydan Xəndana məxsus "Ana" mahnısının premyerası oldu. Mahnı müğənni Orxan Cavadov və pianoçu Tural Məmmədlinin mahir ifasında dinləyicilərin zövqünü oxşadı. 

Musiqili gecədə, həmçinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında dillər əzbəri olan Azərbaycan mahnıları səsləndi. Qeyd edək ki, gecədə tamaşaçı auditoriyası xanımlardan, ifaçı qonaqlar isə bəylərdən ibarət idi.

Bakucity.az

BKM
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
“Bu, ölümlə həyat arasında mücadilədir” Azərbaycan Televiziyası yenidən koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanadan reportaj hazırlayıb. BakuCity.az xəbər verir ki, reportajın məqsədi vəziyyətin ciddiliyini yoluxmuş şəxslərin öz dilindən təqdim etməkdir. Adı açıqlanmayıb, üzü gizlədilən xəstələrdən biri yaşantılarını belə dilə gətirib: “Heç kimə bura düşməyi arzulamıram. Ona görə özünüzü qoruyun. Dillə deyiləsi şey deyil. Çox çətindir. Bu, ölümlə...
Cəmiyyət
Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən videoreportaj hazırlanıb. Xaçmaz rayonunda 12 nəfərin yeni növ koronavirusa yoluxduğu Köhnə Xaçmaz kəndində pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. BakuCity.az xəbər verir ki, rayon mərkəzinə ən yaxın yaşayış məntəqələrindən olan Köhnə Xaçmazda beş min nəfərə yaxın əhali yaşayır. Bu kəndlə Xaçmaz şəhərini yalnız Qudyalçay çayı ayır...
Cəmiyyət
İyun ayında iki bayramın olması istirahət günlərinin sayını artırıb. BakuCity.az xəbər verir ki, bu ay ilk olaraq 15 İyun - Milli Qurtuluş Gününü qeyd edəcəyik. Daha sonra isə 26 İyun - Silahlı Qüvvələr Günüdür. Beləliklə, iyun ayı şənbə və bazar günləri də daxil olmaqla, 5 günlük iş həftəsində çalışanlar üçün 10, 6 günlük iş həftəsində çalışanlar üçün isə 6 gün qeyri-iş günü olacaq. BakuCity.az
İdman
"Neftçi" kapitanı Emin Mahmudovla müqavilənin müddətini artırıb. BakuCity.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya görə, 28 yaşlı yarımmüdafiəçi daha 3 il "ağ-qara” formanı geyinəcək. Paytaxt təmsilçisi daha əvvəl digər futbolçusu Anton Krivotsyukla yeni sözləşmə imzalayıb. Qeyd edək ki, Emin Mahmudov bu mövsüm meydana çıxdığı 26 oyunda 6 qol vurub. BakuCity.az
Cəmiyyət
Karantin rejimi yenidən sərtləşdirilə bilər. ”Karantin rejminin yumşaldılması və sərt qadağaların aradan qaldırılması insanlarda məsuliyyətsizlik yaratmamalıdır. Çünki virus hələ bitməyib və ciddi təhlükə qalmaqdadır”. BakuCity.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib. İ.Ağayev bildirib ki, dövlət tərəfindən atılan qətiyyətli addımlar nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma...
Cəmiyyət
Azərbaycanda  bir sutkada 5 nəfər koronavirusdan ölüb. Azərbaycan Respublikasında 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 80 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.  BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat edib.  Hazırkı dövrədək ölkəmizdə 5 662 n...
Mədəniyyət
Mərhum jurnalist Aynur Mirhəsənin “Azadlıq ibadəti” adlı kitabı çapdan çıxıb. BakuCity.az xəbər verir ki, bu, Aynur Mirhəsənin ilk kitabıdır. Sağlığında onun kitabı işıq üzü görməyib. “Qanun” nəşriyyatının buraxdığı “Azadlıq ibadəti”ndə Aynur Mirhəsənin bir hekayəsi, esseləri, tarix, media məsələləri, insan haqları, dövlət idarəçiliyi, dini etiqad və vicdan azadlığı problemlərinə həsr olunmuş məqalələri, reportaj və müsahibələri, araşdırmaları toplanıb. 19...
Biznes
"Dəniz Mall" bu gündən fəaliyyətə başlayıb. BakuCity.az xəbər verir ki, ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl edilməlidir: "Çox böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, "Dəniz Mall" 1 iyundan fəaliyyətə başlayır. Sizdən ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl etməyinizi, insanlarla məsafə saxlamağı və maskalardan istifadə etmə...
Ekologiya
İyunun 2-nə gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.  Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.  Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət...