Bakıda dayanacaqlara dair yeni tələblər müəyyənləşdi - bakucity.az

Bakıda dayanacaqlara dair yeni tələblər müəyyənləşdi

Taksi duracaq yerləri yaradılacaq

Bakucity.az xəbər verir ki, Bakıda avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələblər müəyyən edilib.

Bu tələblər “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də öz əksini tapıb.

Tələblərə əsasən, avtobuslar üçün müəyyən edilən cibsiz dayanacaq məntəqəsi minimum 16 metr giriş, 24 metr dayanma və 9 metr çıxış sahəsindən, ümumilikdə 49 metrdən ibarətdir. Cibli dayanacaq məntəqəsi sürət həddinin və nəqliyyat axınının yüksək, yolun ensiz olduğu yerlərdə təşkil edilir. Cibli dayanacaq məntəqəsi minimum 19 metr giriş, 25 metr dayanma və 25 metr çıxış sahəsindən, ümumilikdə 69 metrdən ibarətdir.

Avtobus dayanacaq məntəqəsi eyni vaxtda iki və daha artıq avtobus üçün hesablandığı zaman qeyd edilən ölçülərdən əlavə avtobuslar arasında ən azı 9 metr məsafə nəzərə alınmalıdır. Avtobus dayanacaq məntəqələri şəhər daxilində 400-600 metr, şəhərətrafı ərazilərdə isə 800-1000 metr intervalla yerləşdirilməlidir. Dayanacaq məntəqəsi piyada keçidindən sonra yerləşdirilməlidir. Avtobusların yanalma sahəsi ilə piyada keçidinin arasında minimum 5 metr məsafə olmalıdır.

Dayanacaq pavilyonu avtobusun çıxış sahəsinə yaxın quraşdırılmalı və qurularkən piyadaların hərəkəti üçün minimum 1,2 metr səki sahəsi saxlanılmalıdır. Dayanacaq məntəqəsində səkinin eni 2 metrdən az olarsa və gün ərzində 20 sərnişindən az minib-düşmə həyata keçirilərsə, həmin məntəqədə pavilyonun yulmamasına yol verilir. Dayanacaq pavilyonu olmayan dayanacaq məntəqələrində marşrutların dayanacaq məntəqəsindən keçmə qrafiki, intervalları və xəritə lövhənin aşağı hissəsində quraşdırılmış əlavə məlumat tablosunda əks olunmalıdır. Ödəmə terminalı dayanacaq məntəqəsi pavilyonunun yaxınlığında təhlükəsiz yerdə yerləşdirilməlidir.

Bakı şəhərinin inzibati ərazisində yerləşən taksi duracaq yerləri yol hərəkəti qaydaları, nəqliyyatın fasiləsiz, təhlükəsiz və rahat hərəkəti nəzərə alınmaqla, taksi xidmətlərinə ehtiyacın daha çox olduğu küçə və prospektlərdə yaradılmalıdır.

Taksi duracaq yerləri ən azı üç taksi minik avtomobilinin yerləşə biləcəyi ölçülərə malik olmalıdır.

Taksi minik avtomobillərinin səkiyə bucaq altında durmasını nəzərdə tutan taksi duracaq yerləri yalnız küçə və prospektlərin hərəkət hissəsinin kənarında xüsusi genişləndirilmiş sahələrdə, dayanmış taksi minik avtomobilinin əsas hərəkət zolaqlarında nəqliyyatın hərəkətinə hər hansı maneə yaratmadığı hallarda təşkil edilə bilər. Hər bir taksi duracaq yeri Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan vahid reyestrdə qeydə alınır.

Bakucity.az

dayanacaqlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Biznes
Sərgiyə bir çox şirkətlər qatılacaq. Bu ilin 29 may – 1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbiri – 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi keçiriləcək. Sərginin təşkilatçısı olan “Iteca Caspian” şirkətindən Bakucity.az-a verilən məlumata görə, bu il sərgidə dünyanın 34 ölkəsini təmsil edən 290 şirkət iştirak edir və bu ölkələr arasında ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, MDB...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Bakucity.az xəbər verir ki, mayın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Günün ikinci yarısında havanın arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu Abşeron yarımadasında gecə...
Biznes
Bu qoyun cinsi fermerlər üçün çox sərfəlidir. Bakucity.az xəbər verir ki, Bakı kəndlərindən birində 470 baş Qızılqulaq sortu qoyun satılır. Onlardan 270-i ana qoyundur. Qalanları isə irili-xırdalı quzudur.  Bunu da oxu: Bakı sakini villa qiymətinə nəhəng it satır - FOTO Qoyunların hamısı bir yerdə 105 min manata satılır.  Daha ətraflı bu linkə tıklayaraq məlumat ala bilərsiniz: https://tap.az/all/animals/other-animals/12068154 Bakucity.az
İdman
Avropa Liqasının finalına bilet satışı davam edir. Bakucity.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək final matçını canlı izləmək istəyənlər üçün növbəti şans yaradılıb.  Biletləri “Port Baku Mall”, “28 May Mall”, “Gənclik Mall” və Heydər Əliyev Sarayının kassalarında əldə etmək mümkündür. Qeyd edək ki, mayın 29-da keçiriləcək həlledici oyunda “Çelsi” və “Arsenal” üz-üzə gələcək. (Ona.az) Bakucity.az
Hadisələr
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bakucity.az xəbər verir ki, mayın 22-də Ağcabədi rayon sakini Rəhimov Elçin Namizəd oğluna məxsus avtomobilə baxış keçirilib.  Baxış zamanı avtomobilin yük yerində ölmüş vəziyyətdə kəsilən, istehlaka yararsız 95 kiloqram iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. İlkin araşdırmalar zamanı heyvan cəmdəyinin satış məqsədi ilə Ağcabədidən Bakıya daşındığı məlum olub. Heyvan cəmdəyindən nümunələr götürülərək ek...
Biznes
Paytaxtda satılan musiqi alətləri neçəyə başa gəlir? Mütəxəssislər musiqini ruhun qidası hesab edir. Elit cəmiyyətlərdə isə çox az insan tapılar ki, hansısa musiqi növü ilə məşğul olmasın. Bəzi insanlar isə musiqini məhs peşə olaraq seçir və gündəlik həyatlarında hər gün musiqi alətlərindən istifadə edərək pul qazanırlar.  Bakucity.az paytaxtda musiqi alətləri ala biləcəyiniz dükanları araşdırmağa çalışıb. Materialı oxuculara təqdim edirik.   "HAKİM Musiqi...
Cəmiyyət
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Bakucit.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.  Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Şahin Məmmədov vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur. (Oxu.az) Bakucity.az
Hadisələr
Bu gün səhər saatlarında qatar bir neçə dəqiqə tuneldə qalıb. Bakucity.az xəbər verir ki, hadisə metronun "Ulduz" və "Nərimanov" stansiyaları arasında qeydə alınıb.  Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bunları deyib: “Maşinist qatarın texniki baxış məqsədi ilə "Depo" stansiyasına getməsini məqsədəuyğun olduğunu bildirib. Bu səbəbdən sözügedən qatar "Depo" stansiyasına doğru hərəkət edib. Əks istiqamətdə hərəkət...
Cəmiyyət
Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq. Bakucity.az  xəbər verir ki, mayın 23-dən etibarən 5, 6, 53, 56, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.  Dəyişiklik Səbail rayonu, Əhəd Yaqubov küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib.  Qeyd edilən tarixdən bu xətlər üzrə avtobuslar alternativ olaraq, M.Mustafaye...