8 Mart günü Bakıda hava necə olacaq?

8 Mart günü Bakıda hava necə olacaq?, Javid

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecədən başlayan yağışın gündüz kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8 dərəcəyə yaxın isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-70 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, martın 8-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər