Bakıda bu sahədə çalışanların maaşı iki dəfə artırılır

Bakıda bu sahədə çalışanların maaşı iki dəfə artırılır, Javid

Prezident İlham Əliyev fərman verib

Bakucity.az xəbər verir ki, Azərbaycanda iki teatrın əməkdaşlarının əməkhaqları iki dəfə artırılır.

Bunlar "akademik" statusu alacaq Azərbaycan Dövlət Musiqili Teatrı və Azərbaycan Dövlət Rus Dram Teatrıdır.

Belə ki, "Teatr və teatr fəaliyyəti haqqında" qanunun 20-ci maddəsinə əsasən, akademik teatrlarda çalışan işçilərin əməkhaqlarına 100 faiz əlavə müəyyən edilir.

Prezidentin imzaladığı "Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi haqqında" sərəncama əsasən, Nazirlər Kabinetinə bu iki teatra "akademik" statusunun verilməsini on beş gün müddətində təmin etmək tapşırılıb. Nazirlər Kabinetinin müvafiq qərarından sonra hər iki teatrın əməkdaşlarının əməkhaqları iki dəfə artırılacaq. (Report)

Bakucity.az

İlham Əliyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər