Bakıda “Nəsimi ili” ilə bağlı şeir müsabiqəsi keçiriləcək

Bakıda “Nəsimi ili” ilə bağlı şeir müsabiqəsi keçiriləcək

Müsabiqənin məqsədi yeniyetmələrə Nəsimi poeziyasını sevdirmək və tanıtmaqdır.

Bakucity.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə bağlı silsilə tədbirlər keçirilir.

Kitabxanadan alınan məlumata görə, martın 7-də Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşları Yasamal rayon İ.İbrahimov adına 167 nömrəli tam orta məktəbin şagirdləri arasında dahi mütəfəkkirin poeziyasına həsr olunmuş şeir müsabiqəsinə start verib.

Müsabiqənin qalibləri aprel ayında müəyyən olunacaq və onlara fəxri fərman, hədiyyələr veriləcək.

Bakucity.az

Nəsimi ili
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər