Sərgidə 50-dən çox əsər nümayiş olunacaq.
Bakucity.az xəbər verir ki, martın 16-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində azərbaycanlı nonkonformist rəssam Əşrəf Muradın “Sevgi və etiraz” adlı retrospektiv sərgisi açılacaq.
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə gerçəkləşəcək sərgidə rəssamın Azərbaycan və xarici ölkələrin fərdi və ictimai kolleksiyalarında saxlanılan əsərləri nümayiş olunacaq.
Sərgi rəssamın yaradıcılığının tam spektrini əhatə edəcək və bir çox rəsmləri, eskizi, albom qaralamaları, rəngkarlıq nümunələri, eləcə də fotoşəkilləri və digər materialları bir araya gətirəcək.
İyunun 16-dək davam edəcək sərginin kuratoru Fərəh Ələkbərlidir.
Bakucity.az