Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə kitab sərgisi açıldı

Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə kitab sərgisi açıldı

Beynəlxalq Qadınlar Günü kitabxanada hər il keçirilir.

Bakucity.az xəbər verir ki, martın 7-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “8 Mart - Beynəlxalq Qadınlar Günüdür” adlı kitab sərgisi açılıb.

Kitabxanadan verilən məlumata görə, hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü artıq kitabxanada ənənəvi hal alıb.

Sərgidə tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş, əhəmiyyətli rol oynamış məşhur qadınlar, onların həyat və yaradıcılığına dair ədəbiyyat, analar, qadınlar haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Bakucity.az

Beynəlxalq Qadınlar Günü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər