Bakıda bu yolda təmir gedir - FOTO

Bakıda bu yolda təmir gedir - FOTO, Javid

Yola yeni asfalt-beton örtüyü döşənəcək

Bakucity.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Bibiheybət” məscidi istiqamətindən şəhərə tərəf olan yolda təmir-bərpa işləri davam etdirilir. 

Təmir-bərpa işləri sözügedən yolun təqribən 350 metrlik ərazisini əhatə edir.  

İşlər çərçivəsində sözügedən hissədə yararsız qrunt qazılaraq çıxarılır, əks dolğu işləri görülərək kipləşdirilir. Torpaq işləri bitəndən sonra yola yeni asfalt-beton örtüyü döşənəcək. 

Bundan başqa səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu yeni dəmir-beton küvetlər inşa ediləcək.

Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Bakucity.az

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər