Eldar Əzizov Bakıda Tağıyevə heykəl qoyulmasından danışdı

Eldar Əzizov Bakıda Tağıyevə heykəl qoyulmasından danışdı, Javid

İcra başçısı: "Hazırda memarlar təkliflərini hazırlayır".

"Bakıda görkəmli ziyalılarmıza heykəl qoyulması ilə bağlı dövlət başçısının tapşırığı var".

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər, memarlar bununla bağlı təkliflər hazırlayır: "Bir sözlə, proses başlayıb. Bunlardan biri də Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulmasıdır. Hazırda memarlar təkliflərini hazırlayır, yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək". (Report)

Bakucity.az 

Eldar Əzizov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər