Bakıda avtobus sürücülərinə daha bir tələb qoyuldu

İki ildən az təcrübəsi olanlar avtobus sürə bilməyəcək

Bakucity.az xəbər verir ki, Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobusların sürücülərinə dair tələblər açıqlanıb.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də əksini tapıb.

Beləliklə, avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası və ya “D1” altkateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və “B”, “C” kateqoriyalarına və ya “C1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), “D1E” altkateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi iki ildən az olmayan) və yaxud “DE” kateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 26-dan az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) və daşıyıcı ilə əmək müqaviləsi olan sürücülər buraxılacaqlar.

Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar.

Avtobusların sürücülərinin xüsusi hazırlığı və yenidən hazırlığı Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən olunan qaydada və dövrilikdə təşkil ediləcək və keçiriləcək. Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri reysqabağı tibbi müayinədən keçməli, idarə edəcəyi nəqliyyat vasitəsinin reysqabağı texniki yoxlamadan keçdiyinə əmin olmalı, zəruri sənədləri əldə etdikdən sonra reysə çıxmalıdırlar. Avtobus sürücüsü avtobusu marşrutun hərəkət intervalına uyğun olaraq yalnız ilk və son dayanacaq məntəqəsində sərnişinlərin minib-düşməsi üçün lazım olandan artıq müddətə dayandırıb gözləyə bilər. Bütün aralıq dayanacaq məntəqələrində avtobus sürücüsü avtobusu yalnız sərnişinlərin minib-düşməsi üçün zəruri olan müddətdə dayandırmalıdır. Sürücü avtobusu marşrut sxemi üzrə bütün dayanacaq məntəqələrində dayandırmalıdır. Dayanacaq məntəqəsində olan son sərnişin mindikdən və ya orada düşməli olan son sərnişin düşdükdən dərhal sonra sürücü avtobusun qapılarını bağlayaraq hərəkətinə davam etməlidir. Avtobusu dayanacaq məntəqəsində çıxışa yaxın yerdə dayandırmaq lazımdır. Avtobusu müvafiq marşrut üzrə nəzərdə tutulan dayanacaq məntəqələrindən kənarda sərnişini mindirib-düşürmək məqsədi ilə dayandırmaq, habelə dayanacaq məntəqəsində dayanmış avtobus varsa, ondan qabağa keçərək dayandırmaq qadağandır.

Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri vahid xüsusi geyim formasında olmalıdırlar. Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri sərnişinlərlə nəzakətli rəftar etməli, nəqliyyat vasitəsində, marşrut boyu yol şəraitində yaranan bütün problemlər barədə dərhal daşıyıcının səlahiyyətli şəxsinə məlumat verməli, yol-nəqliyyat hadisəsi, yanğın və başqa fövqəladə hadisələr baş verdikdə və ya sərnişinin səhhətində ciddi problem olduqda, dərhal müvafiq xidmətlərə (polis, yanğından mühafizə xidməti, təcili tibbi yardım xidməti) məlumat verməli, sərnişinlərin təhlükəsizliyini təmin etməklə yaranmış problemi aradan qaldırmaq üçün mümkün tədbirlər görməlidir. (ONA)

Bakucity.az

BNA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
14 baxış martda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Həmin gün kitabxanada tədbir də təşkil olunub Bakucity.az xəbər verir ki, martın 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Cəfər Cabbarlı – 120”, “İsmayıl Şıxlı – 100”, “Mehdi Hüseyn – 110” və “Zeynal Xəlil – 105” adlı geniş kitab sərgilərinin açılışı olub. Milli Kitabxanadan verilən məlumata görə, həmin gün Novruz bayramı münasibətilə tədbir də keçirilib. Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq iştirakçıları tarixlərdən bəri s...
Cəmiyyət
Qatarların iş rejimində müvafiq dəyişikliklər edilməsi üçün tədbirlər görülüb Bakucity.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC fəaliyyətini istirahət günlərinin qrafikinə uyğun quracaq.  Artıq şəhərin müxtəlif ərazilərində keçiriləcək Novruz bayramı şənlikləri, xalq gəzintiləri və paytaxta gələcək qonaqların əsas axın istiqamətlərindən asılı olaraq, stansiyaların fəaliyyəti və qatarların iş rejimində müvafiq dəyişikliklər edilməsi üçün tədbirlər görülü...
Cəmiyyət
Transfer sərnişinlər miniklə bağlı heç bir narahatçılıqla üzləşməyəcəklər Bakucity.az xəbər verir ki, “Atatürk” hava limanının bağlanması ilə əlaqədar  AZAL-ın İstanbul istiqaməti üzrə bütün reysləri 7 apreldən etibarən yeni - "Istanbul New Airport" hava limanında həyata keçiriləcək.  Bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.  2019-cu ilin yay uçuş cədvəli (31 martdan - 26 oktyabradək) çərçivəsində “Azərbaycan Hav...
Cəmiyyət
“Burada müsbət mənada nəhəng dəyişikliklər var" Bakucity.az xəbər verir ki, Dərbənd şəhərinin meri Hizri Əbəkərov paytaxt Bakı ilə bağlı xoş fikirlər söyləyib: "Bakı inkişaf baxımından çox böyük irəliləyişə nail olub, bu göz qabağındadır. Hər dəfə gələndə buna təəccüblənməmək mümkün deyil". H. Əbəkərov köhnə “Qara şəhər” ərazisində salınmış “Bakı Ağşəhər” yaşayış kompleksi ilə tanış olduğunu da deyib: “Burada müsbət mənada nəhəng dəyişikliklər var. Biz də...
Biznes
Sərgidə dünyanın 25 ölkəsini təmsil edən 200-dən artıq şirkət iştirak edəcək 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro” sərgisi keçiriləcək. Kənd təsərrüfatı üzrə aparıcı tədbir olan “Caspian Agro” sərgisi regionda kənd təsərrüfatı sahəsinin inkişafına, Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologi...
Cəmiyyət
Lazımi sayda əlavə avtobus xəttə buraxılacaq. Bakucity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən telefon, internet, mobil rabitə, radio-televiziya yayımı və poçt xidmətləri ilə keyfiyyətli, eləcə də, dayanıqlı şəkildə təmin edilməsinə dair strukturuna daxil olan və strukturuna daxil olmayan tabeli qurumlar, həmçinin digər telekommunikasiya operatorları...
Cəmiyyət
Bayram gününə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir.  Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə süt...
Promo articles
“Ayan Studio” möhtəşəm endirimləri ilə xanımları sevindirəcək “Ayan Studio” yüksək səviyyəli xidmətləri və peşəkar ustaları ilə daim müştərilərin xidmətindədir. Fəaliyyətində daim keyfiyyəti və sağlamlığı əsas tutan “Ayan Studio” xanımları sevindirmək qərarına gəlib. O, müştərilərə şəhərin başqa heç bir yerində tapmayacaqları xüsusi endirimlər təklif edir.  Bakının Xətai rayonunda, Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən “Ayan studio” qadın g...
Cəmiyyət
Həmin hadisə zamanı 14 nəfər həlak olub, 49 nəfər yaralanıb Bakucity.az xəbər verir ki, Ermənistan xüsusi xidmət orqanlarının Bakı Metropolitenində törətdiyi terror aktından 25 il ötür. 1994-cü il mart ayının 19-da saat 13:00 radələrində Bakı metrosunun “20 Yanvar” stansiyasında terror aktı törədilib. Baş vaqona qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Terror aktının icraçısı partlayış zamanı ölüb. Həmin hadisə zam...