Bakıda “Kibertəhlükəsizlik həftəsi” işə başladı

Bakıda “Kibertəhlükəsizlik həftəsi” işə başladı, Javid

Azərbaycanda kibertəhlükəsizliklə bağlı yeni strategiya təsdiqlənəcək

Bakucity.az xəbər verir ki, Bakıda “Kibertəhlükəsizlik həftəsi” işə başlayıb. “Kibertəhlükəsizlik Azərbaycan üçün əhəmiyyətli məsələdir”,  bunu tədbirin açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O qeyd edib ki, Azərbaycanda kibertəhlükəsizliklə bağlı yeni strategiya təsdiqlənəcək: "Ötən ilin sonunda Nazirlər Kabinetinin iclasında "Kibertəhlükəsizlik strategiyası" müzakirə olundu və qəbul olundu. Tezliklə bu strategiyanın təsdiqlənəcəyini gözləyirik".

Tədbirdə çıxış edən "Microsof Azerbaijan" şirkətinin rəhbəri Sərxan Həşimov isə bildirib ki, son illər Azərbaycan hakerlərin diqqətini daha çox çəkməyə başlayıb: "Ölkəmiz inkişaf etdikcə bu qüvvələrin marağı daha da artır. Ümid edirəm ki, dövlət və özəl sektorun əməkdaşlığı nəticəsində haker hücumlarının qarşısını almaq üçün daha mükəmməl qanunvericilik bazası hazırlamaq mümkün olacaq”. (Report)

Bakucity.az

“Kibertəhlükəsizlik həftəsi”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər