Bakıda sosial şəbəkələr bağlana bilərmi? - AÇIQLAMA

Sosial mediaya məhdudiyyətlərin qoyulması təklif edilir

Son dövrlədə ölkəmizdə sosial şəbəkələrin tənzimlənməsi məsələsi mütəmadi olaraq qaldırılır. Millət vəkilləri daxil olmaqla, bir çox ictimai-siyasi xadimlər Azərbaycanda sosial şəbəkələrdə yaşanılan mənfi tendensiyalardan gileylənirlər. Onların fikrincə, sosial şəbəkələrdə baş verən təhqir, həqarət kimi hallar, vəzifəli şəxslərə böhtan atılması, onların nüfuzdan salınması cəhdləri yolverilməzdir. Buna görə də, sosial şəbəkələrə hansısa formada məhdudiyyətlər qoyulmalı və nəzarət tətbiq edilməlidir. Hətta elə şəxslər də var ki, sosial medianın ümumiyyətlə qapadılmasının zəruri olduğunu bildirirlər. Artıq bəzi ölkələrdə sosial mediaya müəyyən məhdudiyyətlər qoyulur, hətta bəzilərində bu cür resurslar qapadılıb. Azərbaycan da bu ölkələrin yolu ilə gedə bilərmi? Bakucity.az mövzunun aktuallığını nəzərə alaraq araşdırma aparıb. Materialımızı təqdim edirik.  

Saytımıza açıqlama verən millət vəkili Fazil Mustafa sosial şəbəkələrə məhdudiyyət planlarının həyata keçirilməsində bir sıra maneələrin olduğunu bildirib:

“Ölkəmizdə bu mümkün deyil. Məsələ bundadır ki, heç nə bizdən asılı deyil. Sosial şəbəkələrin idarəetmə mərkəzi Qərbdədir, onlar Azərbaycan qanunvericiliyi ilə tənzimlənə bilməzlər. Doğrudur, ölkəmizdəki bəzi insanlar müəyyən tədbirlər təklif edirlər, amma məncə, bu fikirləri nəinki həyata keçirmək mümkün deyil, bunlar həm də səhv addımlar olardı”.

Millət vəkili qeyd edib ki, insanların sosial şəbəkələrdə olması və bütün imkanlarından fəal istifadə etməsi vacibdir. Çünki informasiyanın böyük hissəsi indi müxtəlif internet resurslarından əldə edilir. Buna görə də hansısa bir məhdudiyyətin qoyulması yolverilməzdir.

“Bu gün insanlar bütün məlumatları tez, birbaşa “Facebook”, “Instagram” və digər sosial şəbəkələrdən üzərindən əldə etmək istəyirlər. Qəzetlərdə və ya televiziyalarda sabah hansı məlumatın olacağı artıq heç kimi maraqlandırımır", - deyə millət vəkili vurğulayıb.

"Ölkəmiz belə böyük addımlar atmağa hazır deyil"

Dünya praktikasında “Facebook”, “Twitter”, “YouTube”, “WhatsApp”, “Viber” və “Skype” kimi sosial şəbəkələrin tənzimlənməsi üçün cəhdlər göstərilir. Eyni zamanda, müxtəlif ölkələrdə bu resursların oxşar versiyaları da yaradılıb. Eyni proseslər ölkəmizdə də həyata keçirilə bilərmi? 

Bu suallarımızı cavablandıran millət vəkili qeyd etdi ki, hər dövlətdə belə imkanlar yoxdur. 

“Bizdə bu mümkün deyil. Hətta Rusiyada belə bu məsələ reallaşmayıb. Onlar bir neçə dəfə öz sosial şəbəkələrini yaratmaq istədilər, amma buna nail ola bilmədilər. Məsələ bundadır ki, onlarda da texnoloji inkişaf səviyyəsi Qərblə eyni deyil. ABŞ öz sosial resurslarının inkişafı istiqamətində böyük məbləğdə vəsaitlər xərcləyir, ən görkəmli alimlərlə işləyir. Ölkəmiz isə belə genişmiqyaslı addımlar atmağa hələ ki, hazır deyil. Hətta bəzi ölkələr sosial şəbəkələr və ya innovativ texnologiyalar yaratsalar belə, yenə də ABŞ-ın təklif etdiklərinə tələbat daha çox olacaq”.

"Cəza çıxış yolu deyil"

Bəzi şəxslərin sosial şəbəkələrdə yol verdikləri provakasiyalar barədə danışan millət vəkili bu hala dövlətin də çox təsir edə bilməyəcəyini deyib:

“Xarici ölkələrdə yaşayıb anti-dövlət təbliğatı ilə məşğul olan şəxsləri cinayət məsuliyyətinə cəlb etmək mümkün deyil. Əgər belə hərəkətləri qadağan edən, maliyyə və ya digər cəza növləri tətbiq edən beynəlxalq hüququmuz olsaydı, onda bu şəxslərə qarşı nəsə edə bilərdik. Belə universal qanunlar isə hələlik yoxdur".

F. Mustafanın sözlərinə görə, belə tədbirlərin birbaşa ölkəmizdə həyata keçirilməsi isə başqa məsələdir:

“Hələlik məlum tədbirləri praktikadan keçirməmişik. Çünki insanlar özləri də anlayırlar ki, sosial şəbəkələrdəki səhv hərəkətlərinə görə cəzalandırıla bilərlər. Buna görə də açıq şəkildə heç kim, xüsusilə də öz şəxsi hesabıyla mənfi hərəkətə yol verməməyə çalışır. Bir qayda olaraq, internetdə saxta profillərlə qeydiyyatdan keçənlər bu işlərlə məşğul olurlar.

Əgər cinayətkar, öz adı ilə qeydiyyatdan keçibsə, onu tapmaq çox asan olacaq. Əslində düşünürəm ki, burada hansısa cəza və ya cərimənin tətbiq edilməsi də çıxış yolu deyil. Hər şey insanın tərbiyəsindən, dünyagörüşündən və mədəniyyətindən asılıdır. Hökumətin böhtan və ya şantajla məşğul olan şəxslərin təqibi ilə məşğul olması çox vaxt aparar, istənilən nəticə də əldə olunmaz”.

Millət vəkilinin sözlərinə görə, bu məqamda dövlət tərəfindən cəmiyyətdə mədəni səviyyəsinin yüksəldilməsi və maarifləndirmə işlərinin aparılması daha effektiv olardı.

Nəticə

İnternet  yalnız əyləncə platforması deyil, biznes, təhsil, müxtəlif məlumatların yayılması üçün də əlverişlidir. Ona görə də bu gün insanların əksəriyyəti həyatlarını internetsiz təsəvvür edə bilmirlər. Paytaxtımızda isə sosial şəbəkələr digər ölkələrdə olduğu kimi çox populyardır. Millət vəkilinin də qeyd etdiyi kimi, Bakıda internet resurslardan istifadənin tənzimlənməsi barədə tez-tez danışılır, amma sosial şəbəkələrdən istifadəsinin qarşısının alınması və ya hər hansısa məhdudiyyətlərin qoyulması hələlik aktual deyil.

Züleyxa İsmayılova

Bakucity.az

Sosial şəbəkələr Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
212 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Bakıda yol-nəqliyyat hadisəsi baş verib Bakucity.az primetime.az-a istinadən xəbər verir ki, hadisə bir qədər əvvəl Sədərək bazarı yaxınlığında qeydə alınıb. Belə ki, "Chevrolet" markalı avtomobil əvvəlcə yoldakı dirəyə çırpılıb, daha sonra dərəyə aşıb. Məlumata əsasən, avtomobilin sürücüsü ağır xəsarət alıb. BakuCity.Az
Cəmiyyət
“Ləhiş bağları” yeni yaşayış massivindəki evlərə təbii qaz verilib Bu gün Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi “Ləhiş bağları” yeni yaşayış massivindəki 102 fərdi yaşayış evinə təbii qaz verilib. Bakucity.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, qazlaşdırma işlərinə bu ilin oktyabrın 1-də başlanılıb və qaz çəkilişləri üçün ümumilikdə 11 min metrdə...
Kriminal
Bakıda əcnəbi vətəndaş naməlum şəxs tərəfindən döyülüb Bakucity.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. Həmçinin oxu: Bakıda kişini ürəyindən bıçaqladılar Belə ki, Pakistan vətəndaşı, 1978-ci il təvəllüdlü Asoqullah Saxeda Jan Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq bildirib ki, gecə saatlarında Səbail rayonu, M.Hüseyn küçəsi, 2 ünvanının qarşısında tanımadığı şəxslər tərəfindən döyülüb. BakuCity....
Ekologiya
Ərazidə yerləşən torpaqları qanunsuz şəkildə satanlar kimlərdir?!  Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində “2-ci sahə” adlanan ərazidə SSRİ dövründə salınmış meşə zolağının kütləvi şəkildə məhv edilməsi faktı aşkarlanıb. Hazırda burada mövcud olmuş meşə zolağındakı ağaclar məqəsdli şəkildə qırılır, onların kökləri yandırılır və yaşıllıqlardan təmizlənmiş torpaq sahələri qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılır. Bakucity.az xəbər verir ki, “Demokrat.a...
Cəmiyyət
Bu ilin 11 ayının statistikası Bu ilin noyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 824 yeni abonent qeydiyyata alınıb. Bakucity.az “Report”a istinadən xəbər verir ki, onlardan 7831-i Bakı, Abşeron və Sumqayıt, 2993-ü isə regionların payına düşür. Bu ilin 11 ayı ərzində isə əhali sektoru üzrə 85 053 yeni abonent qeydiyyata alınıb. Beləliklə, 11.12.2019-cu il tarixinə ölkədə təbii qazla...
Cəmiyyət
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib "Qarabağ" futbol klubunun bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi son oyuna görə "Bakı Metropoliteni" QSC saat 00:30-a qədər işləyəcək.  Bakucity.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.  Həmçinin oxu: Bakı metrosunun bu stansiyası bağlanacaq? - RƏSMİ Məlumata görə, qarşılaşmanı aren...
Cəmiyyət
Hadisədə iki məktəbli həyatını itirib Binəqədi rayonunda baş verən faciəvi qəzada həyatını itirən 11-ci sinif şagirdi Dilarə Sultanlının anasına yazdığı son mesaj ortaya çıxıb.  Bakucity.az Cebhe.info-ya istinadən xəbər verir ki, Dilarə Sultanlı hazırlığa getməzdən əvvəl anasına mesaj yazıb. Qız həmin gün çox sevincli olsa da, anasının narahat olduğunu hiss edib və ona təskinlik verib. Məlumat üçün qeyd edək ki, 2003-cü il təvəllüdlü Dilarə Sultanlı evin t...
Hadisələr
Bakıda narkotikdən zəhərlənən şəxs xəstəxanada ölüb Bakıda yüksək dozada narkotik qəbulundan ölüm hadisəsi baş verib. Bakucity.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayonunda 1980-ci il təvəllüdlü Ağaməliyev Əli Valeh oğlunun yaşadığı evdə anidən halı pisləşib. Yaxınları onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Həmçinin oxu: Bakıda gül toxumu yeyən 3 yeniyetmə zəhərləndi İlkin müayinə zamanı Ə. Ağaməliyevin narkotikdən zəh...
Mədəniyyət
Akademik Musiqili Teatrın yeni layihəsində bu dəfə Prezident təqaüdçüsü Atabəy İsmayılov olacaq 24 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində teatrın orkestr artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Atabəy İsmayılov solo konserti kerəcək. Bakucity.az xəbər verir ki, 5 müxtəlif musiqi alətində – tar, fortepiano, bass gitara,...