Bakıda “Partners & Business” sərgi-konfransı keçiriləcək

Bakıda “Partners & Business” sərgi-konfransı keçiriləcək, Javid

Sərgiyə giriş ödənişsizdir

Bakucity.az xəbər verir ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Marsol şirkətinin birgə təşkilatçılığı ilə martın 15-də “Partners & Business” sərgi-konfransı keçiriləcək.

Bu barədə ASK-dən bildirilib.

ASK-dən verilən məlumata görə, sərgidə 100-dən artıq yerli şirkətin tanıtımı, B2B formatında görüşlər, canlı musiqi, video-foto çəkiliş və mükafatlandırma mərasimi olacaq. Sərgiyə giriş ödənişsizdir.

Həmçinin həmin gün saat sahibkarların iştirakı ilə sərgi-konfrans baş tutacaq. Tədbirdə dövlət orqanlarının, sosial tərəfdaşların, elm-təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı, bir sıra çıxışlar nəzərdə tutulur. Belə ki, Təbriz Hacınski “Müəssisələrin kadr idarə etməsində profaylinq sistemini necə tətbiq etmək olar?”, Vüqar Poladov “İdarəçilərin və sahibkarların bilməli olduğu maliyyə” və Sakit Səmədov “Nəzarət üçün sistemləşmə, sistemləşmə üçün nəzarət”, mövzularında çıxışlar edəcəklər.

Bakucity.az

“Partners & Business” sərgi-konfransı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər