Bakıda oğrular kirayənişini döyüb qarət etdilər

Bakıda oğrular kirayənişini döyüb qarət etdilər, Javid

1900 manat pul və avtomobil açarı götürülüb

Bakucity.az xəbər verir ki, Bakının Nəsimi rayonunda üç nəfər evə daxil olaraq, orada kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyevi döyüb və qarət ediblər. 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb

Bildirilib ki, rayonun 20-ci Polis Bölməsinə müraciət edən N.Tağıyev döyüldüyünü, 1900 manat pulunun və avtomobil açarının alındığını bildirib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə sübhəli bilinən Gəncə şəhər sakini R.Məmmədov və Samux rayon sakini, əvvəllər məhkum olunmuş E.Həsənli Gəncə ərazisində müəyyən edilərək saxlanılıb. 

Araşdırma aparılır. 

Bakucity.az

Daxili İşlər Nazirliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər