Bakıda avtobuslarda mühüm yeniliklər olacaq – VİDEO

Bakıda avtobuslarda mühüm yeniliklər olacaq – VİDEO, Javid

Qəzaların qarşısını almaq üçün yeni metod

Bakucity.az xəbər verir ki, Bakıda sərnişindaşımaya dair təsdiq edilən tələblər toplusunda avtobuslarda sürətin məhdudlaşdırılması da öz əksini tapıb. Mütəxəssislər deyir ki, bununla da, ictimai nəqliyyatda ən narahat doğuran məsələlərdən sayılan daha bir məsələ öz həllini tapacaq.

ARB TV-nin “Günə Doğru” verlişində məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.

Ötən il Bakıda baş verən 619 yol qəzasının 44-ü avtobusların payına düşür. Bu hadisələr zamanı isə 23 nəfər ölüb, 38 nəfər yaralanıb. Təbii ki, əksəriyyətinin də səbəbi yüksək sürət olub. Avtobuslarda sürət məhdulaşdıcı cihazların quraşdırılmasından sonra bu cür hadisələrin də azalacağı gözlənilir.

Video sujeti təqdim edirik:

Bakucity.az

sərnişindaşıma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər