Prezidentin BDU-ya rektor təyin etdiyi Elçin Babayev kimdir?

Prezidentin BDU-ya rektor təyin etdiyi Elçin Babayev kimdir?

Elçin Babayev astrofizika və radioastronomiya üzrə ixtisaslaşıb. 

Bakucity.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Elçin Babayevi Bakı Dövlət Universitetinin rektoru təyin edib. 

Dövlət başçısının digər sərəncamı ilə, Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.

Ölkənin bir nömrəli ali məktəbinə rektor təyin edilmiş şəxsin bioqrafiyası çoxlarında maraq doğurur. Elçin Babayevin bioqrafiyasını təqdim edirik: 

Elçin Səfəralı oğlu Babayev Babayev 4 aprel 1965-ci Naxçıvan şəhərində doğulub. 

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində çalışıb. 

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini vəzifəsində çalışıb. 

"ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 

Elçin Babayev astrofizika və radioastronomiya üzrə ixtisaslaşıb. 

Bakucity.az

Elçin Babayev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər