Hindistandan Bakıya birbaşa aviareyslər açılacaq

Hindistandan Bakıya birbaşa aviareyslər açılacaq, Javid

Mumbay və Dehli şəhərlərindən Bakıya birbaşa aviareyslər olacaq

“Bu ilin may ayından etibarən Hindistanın Mumbay və Dehli şəhərlərindən Bakıya birbaşa aviareyslərin həyata keçirilməsi nəzərdə tutulur”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib. 

Onun sözlərinə görə, sözügedən uçuşları Hindistanın “İndigo Airlines” şirkəti yerinə yetirəcək. 

“Hazırda aviareyslərin günləri və digər məsələlərlə bağlı danışıqlar aparılır”, - deyə N.Bağırov qeyd edib. 

Bakucity.az

birbaşa aviareys
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər