Bakıda “Gənclərə dəstək” üçün növbəti konsert veriləcək

Bakıda “Gənclərə dəstək” üçün növbəti konsert veriləcək, Javid

“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert təqdim olunacaq

Bakucity.az xəbər verir ki, martın 14-də “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert təqdim olunacaq.

Konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq.

Konsert çərçivəsində gənc ifaçı Toğrul Hüseynli tərəfindən tanınmış və klassik bəstəkarların əsərləri səsləndiriləcək.

Qeyd edək ki, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində hər il mütəmadi olaraq konsert proqramları təqdim olunur.

Bakucity.az

“Gənclərə dəstək” layihəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər