Təqdimatda Murat Boz və Seda Bakan da iştirak edəcək
Bakucity.az xəbər verir ki, martın 13-də Bakıda “Elektra Events Hall”da “Öldür beni sevgilim” türk filminin qala gecəsi keçiriləcək.
“CinemaPlus” premium kinoteatrının təqdimatı ilə keçiriləcək qala gecədə Türkiyənin tanınmış ulduzları Murat Boz və Seda Bakan da iştirak edəcək.
Ekran əsərinin rejissoru Şenol Sönmezdir. Filmdə Murat Boz, Seda Bakan, Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilşad Şimşek və Ali Yoğurtçuoğlu iştirak edir.
Bakucity.az