Bakıda gənclər üçün vahid elektron platforma təqdim edildi

Gənclər üçün vahid elektron platformanın təqdimatı keçirilib

Bakucity.az xəbər verir ki, Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində informativ səciyyəli vahid elektron platformanın təqdimatı və yenilənmə mexanizmləri ilə əlaqədar olaraq işçi qaydada görüş  keçirilib.

Fonddan verilən məlumata görə, məqsəd gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər, layihələr və təşəbbüslər, eləcə də mövcud dövlət dəstəyi mexanizmləri və dövlət xidmətləri barədə ətraflı məlumatların gənclərə effektiv şəkildə çatdırılması olub.

Daha sonra gənclər üçün informativ səciyyəli vahid elektron platforma – genc.az portalı təqdim olunub. Portalda gənclər üçün dövlət xidmətlərindən istifadə, interaktiv təqvim sistemi, iş vakansiyaları və imkanlarına müraciət etmək, Elektron Hökumət Portalının xidmətlərindən istifadə və istiqamətləndirmə imkanları, vahid sosial şəbəkə vasitəsilə sosial-ictimai tədbirlər, müsabiqələrlə bağlı daha tez məlumat almaq imkanları haqda məlumat verilib. Portalın yaxın aylarda ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub. Daha sonra görüş müxtəlif qurumları təmsil edən nümayəndələrin suallarının cavablandırılması, təkliflərin dinlənilməsi və fikir mübadiləsi ilə başa çatıb.

Bakucity.az

Gənclər Fondu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
3 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bloklarda pəncərələrin şüşələri salınır, giriş qapıları təmiri həyata keçirilir Bakı şəhərində qışa hazırlıq tədbirləri çərçivəsində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin, blokların təmiri işləri davam edir. Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən Bakucity.az-a verilən məlumata görə Prezident İlham Əliyevin çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tapşırığının icrası və həmçinin paytaxtda payız-qış mövsümünə hazırl...
Cəmiyyət
İcbari tibbi sığortanın tətbiqinin faydaları Bakıda Könüllü Tibbi Sığorta anlayışı Qərb ölkələrində və ya qonşu Rusiyada olduğu qədər geniş yayılmayıb. Baxmayaraq ki, bu, qəfil sağlamlıq problemləri olduqda pul xərclərini həll etmək üçün bir yoldur. Bakucity.az bu materialda tibbi sığortanın insanlara nə fayda verdiyini, Bakıda hansı hallarda sığortaya daha çox müraciət edildiyini və sığorta şirkəti ilə müqavilə bağlayarkən nələrə diqqət etməli olduğunuzu...
Hadisələr
Polis yeniyetməni axtarır Bakının Sabunçu rayonunda xoşbəxt sonluqla bitən xoşagəlməz hadisə baş verib. Belə ki, 17 yaşlı Şahin Rəhimov avqustun 11-də sözügedən ərazidə itkin düşüb. Bakucity.az xəbər verir ki, Ş.Rəhimovun qəflətən itkin düşməsini Bakı Şəhər Prokurorluğunda araşdırmağa başlayıblar. Avqustun 23-də şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi açılıb və itkin düşmüş şəxsin axtarışını təmin etmək üçü...
Mədəniyyət
“Elektra Events Hall”da tanınmış reperlər çıxış edəcəklər Noyabrın 9-da ZOMB, ADLER KOCBA, həmçinin  dövrümüzün ən tanınmış diceylərindən biri DJ STYLEZZ Bakıda “Elektra Events Hall”da konsert proqramı ilə çıxış edəcəklər. Bakucity.az xəbər verir ki, konsert saat 20:00-da başlayacaq. Qeyd edək ki, ZOMB - özünün lirik musiqiləri ilə məşhurdur. ADLER KOCBA – 2018-ci ildə reperlik karyerasına Timranla birgə duet oxuduğu “Mənim qadınımın ətri” mahnı ilə başlay...
Cəmiyyət
Paytaxtda “manatlıq taksi”lərin sayı sürətlə artır. Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına hər sərnişinə görə bir manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır.  Bununla bağlı Bakucity.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, “bir manatlıq tak...
Mədəniyyət
Final gecəsi sentyabrın 20-də keçiriləcək Azərbaycanlı modellər Nigar Qədirli və Kənan Mehdi Moskvada keçirilən “Moscow İnternational Fashion Fest”də podiuma çıxıblar. Bakucity.az xəbər verir ki, türkiyəli dizayner Güler Baysalın kolleksiyasını nümayiş etdirən modellər festivala “ADDIM” Gənclər Təşkilatının dəstəyi ilə qatılıblar.  Belə ki, “Miss&Mr National Azerbaijan” gözəllik yarışmasının online səsverməsi zamanı qalib olan gənclər sözügedən festivalda...
Cəmiyyət
Sabah olan hava proqnozu açıqlanıb. Sentyabrın 17-də Bakıda hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.  Bakucity.az xəbər verir ki, cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-22, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq. Bakucity.az
Cəmiyyət
Paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində it itib Bakucity.az-ın xəbərinə görə, Spaniel cinsli itin sahibi bildirib ki, onu tapan şəxsi mükafatlandıracaq. Ev heyvanını tapan şəxslərdən xahiş olunur ki, (050) 391 71 17 və ya (055) 391 71 17 telefon nömrəsi ilə əlaqə saxlasınlar. Bakucity.az
Cəmiyyət
Bu gün, sentyabrın 16-da, Azərbaycanda Bilik günü qeyd edilir Yeni tədris ilində Bakıda 414 844 şagird təhsil alacaq. IX sinifdə 32 315, X sinifdə 22 795, XI sinifdə 18 896, XII sinifdə isə 198 şagird oxuyacaq. Bakucity.az bu il ilk dəfə birinci sinfə gedən uşaqların həyəcanını fotoaparatın yaddaşına köçürüb. Nicat Alili Bakucity.az