Bakıda gənc qızlar niyə itkin düşür? – ARAŞDIRMA

Ekspert: “Qaçırılan qızların bəziləri başqa ölkələrə göndərilir”.

Son illər tez-tez Bakıda itkin düşən – evdən çıxıb bir daha geri qayıtmayan gənc qızlar barədə məlumatlar yayılır. İtkin düşmüş bu qızların bir çoxu sonradan aşkarlansa da, bəzilərinin taleyi naməlum qalır. Bakıda gənc və yeniyetmə qızların itkin düşməsinə səbəb nədir? Niyə bu barədə xəbərlər tez-tez yayılır? Onlar qaçırılır, yoxsa öz istəkləri ilə evdən gedirlər? Bakucity.az mövzu barəsində araşdırma aparıb, materialımızı təqdim edirik.   

“Əksər qızlar azadlıq arzusu ilə, öz xoşlarına evdən gedirlər”

Mövzu barəsində BakuCity.az-a açıqlama verən hüquqşünas Ellada Bayramova gənc qızların tez-tez itkin düşməsi faktını təsdiqləyib və bunu ölkənin sosial-iqtisadi vəziyyəti ilə əlaqələndirib:

“Əksər qızlar azadlıq arzusu ilə, öz xoşlarına evdən gedirlər. Bəzən bir qız  dəfələrlə evdən qaçır. Amma müxtəlif üsullarla aldadılaraq qaçırılan qızların insan alverinə qurban getməsi faktları da kütləvi hal almağa başlayıb. İşsizlik kimi sosial-iqtisadi problemlərin çoxalması insan alverçilərinə fürsətlər verir. Gənc qızlar əsasən iş adı ilə başqa ölkələrə göndərilir və istismara məruz qalırlar. 

Ailə-məişət zorakılığına məruz qalan qızların evdən qaçması halları da müşahidə olunmaqdadır. Bu qızların da əksəriyyəti sonradan insan alverinə qurban gedirlər. Çünki tək yaşayan qadın heç də həmişə normal maaşa iş tapmaq şansına malik olmur. Ümumiyyətlə, itkin düşən 18 yaşa qədər və daha böyük qızlar əsasən valideyn himayəsində olmayan, uşaq evlərində böyüyən, kimsəsizliyə və psixoloji travmalara məruz qalanlardır. Belə insanlara təsir etmək digərləriylə müqayisədə daha asandır və onların itkin düşəcəyi təqdirdə diqqət çəkməyəcəkləri düşünülür”. 

E. Bayramovanın fikrincə, insan alverinə qarşı təbliğat məktəblərdə, universitetlərdə, hətta uşaq evlərində belə yüksək səviyyədə aparılmalıdır:

“Cəmiyyətdə bu yöndə təbliğat aparılmır. Bundan əlavə, konstitusiyanın müəyyən müddəaları var ki, bütün təlim-təhsil ocaqlarında tədris olunmalıdır. Hesab edirəm ki, fakültəsindən asılı olmayaraq, hüquq dərslərinin universitetlərdə tətbiq edilməsi öz müsbət təsirini göstərə bilər”.

Valideynlər daha tədbirli olmalıdır

Psixoloq Aygün Ağabalayeva isə saytımıza açıqlamasında gənc qadınların, xüsusilə də yeniyetmə qızların evdən qaçmasına birinci növbədə ailədə olan anlaşmazlıqların səbəb olduğunu deyir:

“Yeniyetmə qızlar üçün bu dövr çox böhranlı keçir. Onlar özlərini təsdiq etmək üçün diqqət cəlb etməyə çalışır, hər bir situasiyada özlərini haqlı hesab edir və istəyirlər ki, ailədə onların fikirləri nəzərə alınsın, onlara xüsusi dəyər verilsin, mənəvi qayğı göstərilsin. İstədiyini öz ailəsində tapmayanlar kənara meyillənirlər.  Kənarda onları nə cür insanların tapacağı, kimlərin təsiri altına düşəcəyi isə həmişə sual doğurub. Hər bir uşaq şəxsiyyət olaraq ilk dəfə ailədə formalaşır, sonra məktəbin və cəmiyyətin təsiri altına düşür. Valideynlər həddi-buluğa çatmamış uşaqlarla davranışda xüsusilə diqqətli olmalıdırlar”. 

A. Ağabalayevanın fikrincə, gənc qızların müxtəlif təsirlərə məruz qalmasında və evdən qaçmalarında sosial şəbəkələrin də rolu böyükdür. Bu da daha sonra arzuolunmaz davranışlara zəmin yaradır:

“14 yaşlı yeniyetmə qız pasiyentim körpə yaşlarından valideynləri arasında tez-tez yaranan konfliktlərin, hətta şiddət hallarının şahidi olmuşdu. Bu qız həmişə valideynləri, ən azından anası ilə yaxın olmağı arzulayıb, amma anası onu heç vaxt dinləməyib, hətta bəzən sözünü kəskin şəkildə kəsib, aqressiv davranıb. Valideynləri bir gün səhər yuxudan duranda qızı evdə tapmayıblar. Araşdırma zamanı məlum olub ki, qız sosial şəbəkədə onunla həmyaşıdı və həmcinsi kimi danışan, əslində isə bölgələrin birində yaşayan və sosial şəbəkələrdə davamlı olaraq yeniyetmə qızları özünə cəlb etməklə, onları pis yollara dəvət edən orta yaşlı qadının yanına qaçıb”. 

“Övladla elə münasibət qurulmalıdır ki, - psixoloq açıqlamasına davam edib:  o, hətta mənfi addımlarını belə valideyni ilə rahat şəkildə bölüşə bilsin. Bu, hər şeyə icazə vermək demək deyil, əksinə, övlada yaxın olmaq və onun sıxıntılarını bölüşməsinə imkan yaratmaqdır. Bunu bacaran hər valideyn övladına düzgün istiqamət verə bilər. Xüsusilə də yeniyetməlik çağında hər bir uşağın buna ehtiyacı var, övladla münasibətləri kiçik yaşlarından formalaşdırmaq lazımdır”. 

Qız uşaqları daha çox depressiyaya düşür

Araşdırmalara görə, qız uşaqlarının problemlərə qarşı reaksiyası daha çox özünəqapanma olur. Yeniyetmə qızlarda depressiv hallar isə özünü əksər vaxt qüssəli olma və ağlama, yuxu pozğunluğu, iştah pozuntusu, sevdiyi fəaliyyətlərə maraqsızlıq və zövq ala bilməmə, enerji əskikliyi, diqqət dağınıqlığı və məktəbdə bacarıqsızlıq, baş və qarın ağrıları, intihar və özünə zərər verə biləcək digər davranış formaları ilə göstərir. 

Araşdırmamızdan göründüyü kimi, övladların itkin düşməsində valideynlər istər-istəməz rol oynayırlar. Buna görə də valideynlər tərbiyə və qayğı məsələlərində mütləq məsuliyyətli davranmalıdırlar.

Ramilə Qardaşxanqızı

Bakucity.az  

itkin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
626 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Kriminal
Oğurluq edən şəxslər mənzilə pəncərədən daxil olublar Futbol üzrə “Qarabağ” klubu və Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin evini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bakucity.az Report-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Mahmudov tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir. Həmçinin oxu: Mah...
Hadisələr
Avtomobil Elvin adlı şəxsə məxsusdur Paytaxtın Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Bakucity.az Report-a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızı “Gənclik” metrostansiyası yaxınlığında yolu keçərkən “Maserati” markalı 10-XE-011 dövlət qeydiyyat nişanlı avtomobil vurub. Sürücü hadisədən sonra yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. “Qafqazinfo”...
Hadisələr
YPX əməkdaşı susmağa üstünlük verib Bakıda yol polisi və sürücü arasında baş verən mübahisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Bakucity.az xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. Kadrlara əsasən, yol polisi əməkdaşı taksi sürücüsünə cərimə yazır. Sürücü isə bu zaman YPX əməkdaşını ağır formada təhqir edir. İş başında olan yol polisi əməkdaşı susmağa üstünlük verib. Bakucity.az
Kriminal
Bakıda bıçaqlanma kameraya düşdü Paytaxtın Nərimanov rayonunda iki nəfərin mübahisəsi bıçaqlanma ilə yekunlaşıb. Bakucity.az xəbər verir ki, hadisənin görüntülərini Baku.ws saytı yayıb. İnsidentin “Şəki” restoranı yaxınlığında baş verdiyi bildirilir. Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərə açıqlamasında hadisənin sentyabrın 11-də baş verdiyini qeyd edib. Onun sözlərinə görə, mübahisə zamanı bıçaqla...
Hadisələr
Hadisə Qaradağ rayonunda qeydə alınıb Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az-ın xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.  Yolu keçən 1977-ci il təvəllüdlü Əmiraslanov Namiq İbrahim oğlunu avtomobil vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Hadisələr
Yük maşını ilə minik avtomobili toqquşub. Paytaxtın Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az Ölkə.Az-a istinadən xəbər verir ki, 90 JZ 596 nömrə nişanlı yük avtomobili ilə 90 CP 251 nömrəli “Opel” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində yük maşını aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, qəzanın baş vermə səbəbləri araşdırılır. Bakucity.az
Cəmiyyət
13 məktəb direktorunun iş yeri dəyişdirilib Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki 29 məktəbdə direktor vəzifəsinə yeni təyinat olub. Bakucity.az Oxu.Az-a istinadən, həmin məktəblərin siyahısını təqdim edir:  97, 212, 175, 212, 144, 248, 28, 150, 169, 184, 219, 220, 235, 250, 306, 315, 327, 301, 75, 90, 107, 128, 307, 162, 29, 260, 221, 26 və 123 saylı tam orta məktəblər. Qeyd olunur ki, 13 məktəb direktorunun iş yeri dəyişdirilib, 14 məktəb direktoru...
Biznes
“Medinex” sərgisi 3 zonadan ibarət olacaq Paytaxtda 6-7 noyabr tarixlərində “JW MARRIOTT Absheron Baku”-da “Medinex” - Tibb İnnovasiyaları Sərgi və Forumu keçiriləcək. Bakucity.az xəbər verir ki, “Medinex” - tibb və səhiyyə innovasiyalarını əhatə edən Qafqaz regionunda ən iri və Azərbaycanda yeganə tədbirdir. “Medinex” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir. “Medinex” sərgisi 3 zonadan ibarət olacaq. · "Showcase" zonasında...
Cəmiyyət
Qərar qəbul olunub Bakı şəhəri 162 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub. Bakucity.az APA-ya istinadən xəbər verir ki, bu vəzifə Nəzərova Arzu Aslan qızına tapşırılıb. A.Nəzərova 2003-cü ildən Bakı şəhərindəki Məktəb-Lisey Kompleksində və 162 nömrəli tam orta məktəbdə direktor müavini kimi çalışıb. Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı mə...