Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ

Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ

Bakıda "Çat Kapı aşk" filmi nümayiş olundu.

Bakucity.az xəbər verir ki, “Cinemazadeh” studiyasının istehsalı olan və Türkiyədə çəkilmiş “Çat kapı aşk” filminin mətbuat konfransı martın 11-də “CinemaPlus Gənclik Mall” kinoteatrında, qala gecəsi isə “Elektra Event Hall”da gerçəkləşib. 

Gecənin aparıcısı Tural Cəfərov olub. 

Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-1

Mətbuat konfransında Türkiyənin məşhur aktyorları Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov və filmin baş prodüsseri Cəfər Axundzadə iştirak ediblər.

Jurnalistlərin suallarına cavab verən Cəfər Axundzadə qeyd edib ki, filmin İstanbulda çəkilməsinə səbəb Azərbaycan kinosunun coğrafiyasını genişləndirməkdir:

"Türkiyə qardaş ölkədir və dillərin oxşarlığı iş prosesini rahatlaşdırdı. Bu film ilk Azərbaycan filmidir ki, ölkəmizlə yanaşı, Türkiyə və Avropa kinoteatrlarında nümayiş olunmağa başlayıb. Bu, bizim həm də ölkədən kənarda çəkdiyimiz ilk filmdir. Çəkilişlər nəzərdə tutduğumuzdan biraz artıq zaman aldı, ancaq inanıram ki, nəticəsi yaxşı olacaq".

Azərbaycanda daha çox Türkiyə istehsalı olan “Kiralık Aşk” serialında oynadığı Neriman obrazı ilə tanınan və sevilən Nergis Kumbasar Bakıda 3-cü dəfə olduğunu qeyd etdi:

"Bakıya səfərim ilk dəfə işlə əlaqəli olmuşdu, amma buraya o qədər heyran qaldım ki, ikinci dəfə qızım və yaxın rəfiqəmlə tətil üçün gəldik. Bu gün isə qala üçün burdayam. Hər gəlişimdə Bakıya bir az daha aşiq oluram və bütün dostlarıma, yaxınlarıma bu şəhər haqda o qədər danışıram ki, hamısı Bakıya gəlmək istəyir. Təbii ki, Bakının mənə bu qədər doğma olması, burada özümü xoşbəxt hiss etməyim təsadüfi deyil. Çünki babam Azərbaycanlı, nənəm isə rus olub”. 

Aktrisa babasının müharibə vaxtı Rusiyaya, ordan isə Türkiyəyə köçdüyünü və vəziyyətlə əlaqədar Bakı ilə əlaqəsinin tamamən kəsildiyini bildirib.

Müge Boz isə ilk dəfə Azərbaycana "Qış nağılı" filminin çəkilişi üçün gəldiyini deyib:

"İlk gəlişimdə çəkilişlərin bir qismi Qəbələdə olmuşdu və oranın təbiətinə valeh oldum. Bu dəfə isə Bakıda İçərişəhəri gəzmək fürsətim oldu. Dənizkənarı Milli Park xüsusilə gözəldir. Filmin çəkilişinə gəlincə, tanımadığım aktyorlarla eyni filmdə çəkilmək mənim üçün heç vaxt çətin olmayıb, Elməddin Cəfərovla isə enerjimiz tutdu, müsbət aura ilə çalışdıq”.

Elməddin Cəfərov filmin çəkilişi zamanı həyəcanlı olduğunu, yalnız sonradan hər şeyin yaxşı keçdiyini deyib:

"Başlanğıcda həyəcanlı idim, amma çəkilişə start veriləndən sonra hər şeyi unutdum. Çəkiliş əyləncəli keçdi və ortaya gözəl iş çıxdı. Onu da deyə bilərəm ki, bu film bu günə qədər çəkildiyim filmlərdən ən çox qonorar aldığım işdi".

Rejissoru Ehran Baytimur, ssenari müəllifi Deniz Güney və Nesrin Zamur, operatoru Ömer Yılmaz olan filmin musiqisi Aynur Axunzadə və Rüstəm Zeynallıya aiddir.  

Filmdə baş rollarda Jess Molho, Müge Boz, Nergis Kumbasar, İbrahim Selim, Elməddin Cəfərov oynayıb.

Film bir gün həyatının sevgisi ilə qarşılaşacağını gözləyən gənc heykəltaraşın sevgi hekayəsindən bəhs edir. 

Su adlı bu qız (Müge Boz) onunla eyni binada yaşayan, psixoloji problemləri olan və bu səbəbdən də daima özünü narahat hiss edən, narahatlığına isə müxtəlif üsullarla son qoymağa çalışan vəkil Arasla (Jem Molho) rastlaşır və ona aşiq olur. Arasla Sunun arasında məhəbbət macərası yaşansa da, onların bir yerdə olmasına ciddi əngəllər var. Aras problemlərini həll etməyənə qədər su ilə yaxın münasibətdən qaçmağa çalışır. Həmin binada guya ki, qapıçı işləyın əslən azərbaycanlı Nəriman isə (Elməddin Cəfərov) aşiq olduğu xanımı tapmaq üçün Sudan kömək istəməyə məcbur olur. 

Film martın 7-dən etibarən Azərbaycan, Türkiyə və Avropa kinoteatrlarında nümayiş olunur. 

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son primyeralarla görüşünüzə gəlməyə hazırdır.

Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-2 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-3 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-4 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-5 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-6 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-7 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-8 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-9 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-10 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-11 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-12 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-13 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-14 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-15 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-16 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-17 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-18 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-19 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-20 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-21 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-22 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-23 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-24 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-25 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-26 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-27 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-28 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-29 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-30 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-31 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-32 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-33 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-34 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-35 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-36 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-37 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-38 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-39 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-40 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-41 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-42 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-43 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-44 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-45 Bakıda "Çat Kapı aşk" filminin qala gecəsi keçirildi - FOTOREPORTAJ, fotoşəkil-46

Ramilə Qardaşxanqızı

Bakucity.az

Qala
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər