Bakıya təcili eniş edən təyyarə Moskvaya yola salındı

Bakıya təcili eniş edən təyyarə Moskvaya yola salındı, Javid

“Ural Hava Yolları” aviaşirkətinə məxsus təyyarə  yola salınıb

Dünən Bakıya təcili eniş etmiş “Ural Hava Yolları” aviaşirkətinə məxsus təyyarə bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskvaya yola salınıb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildiriblər.

Məlumata görə, martın 11-i saat 14:15-də Azərbaycanın hava məkanından keçməklə “Bəhreyn-Moskva” marşrutu üzrə uçuş edən Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarədən Heydər Əliyev Beynəlxalq Hava Limanının dispetçer məntəqəsi ilə əlaqə saxlanılıb: “Gövdəsində 222 sərnişinin və ekipaj üzvünün olduğu hava gəmisinin salonunda partlayıcı vasitə olmasına dair yazının aşkar edildiyi barədə məlumat verilib, təyyarə hava limanına məcburi eniş edib.

"Artıq təyyarə bu gün Bakı vaxtı ilə saat 10:40-da Moskvaya yola salınıb”, - Heydər Əliyev Beynəlxalq Aeroportundan bildiriblər.

Bakucity.az  

“Ural Hava Yolları”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər