Bakıda keçiriləcək “Azərbaycan Çempionatı” rəqs yarışmasının vaxtı açıqlandı

Çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək.

Bakucity.az xəbər verir ki, Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə akademik və müasir rəqs növləri üzrə “Azərbaycan Çempionatı” rəqs yarışması martın 17-də 10:00-da keçiriləcək. 

Yarışma Azərbaycan Teatr Xadimləri İttifaqının məhşur və sevilən konsert salonu olan “Aktyorlar Evində” baş tutacaq.

“Azərbaycan Çempionatı” regionlar və paytaxt arası: “Bakı Kuboku”, Gəncə “Kəpəz Kuboku”, Ağcabədi “Qarabağ Kuboku”, “Bakı Çempionatı” və digər yarışmalar arasında final yarışması kimi hesab olunur. Yarışmanın qalibləri Avropada və Dünya reytinq yarışlarında Azərbaycan Respublikasını təmsil etmək hüququna nail olacaqlar. Çempionat iştirakçılara daha çox qələbələr üçün maksimum potensiala çatmağa imkan verir.

Yarışmaya qatılmaq üçün paytaxtla yanaşı ölkənin müxtəlif bölgələrindən rəqs qrupları müraciət ediblər. Yarışmada xarici qonaqlar da iştirak edəcək.

Hakimlər rəqs standartlarının bütün meyarlarına uyğun olaraq seçilirlər. Tədbirin səviyyəsini və onların qərarlarının obyektivliyini artırmaq üçün bir neçə növ rəqslə tanış olurlar.

Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək. Münsiflər heyəti: münsiflər heyətinin sədri, Azərbaycanın əməkdar incəsənət xadimi - Rimma Məmmədova; ATA-nın vitse-prezidenti, xoreoqrafiya akademiyasının müəllimi - Ülviyyə Həsənova; NCA-nın Qrammatika İnstitutunda xoreoqrafiya şöbəsinin müdiri Tahir Eynullayev; "Cəngi" Dövlət ansamblının aparıcı solisti Fərhad Əliyev; Dövlət hərbi ansamblının aparıcı solisti Şahriyar Cəfərovdur.

Yarışda çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, hind və solo rəqslər nümayiş olunacaq.

Yarışma bu yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (7-10 yaş), yeniyetmələr (11-15 yaş), böyüklər (16 yaş və yuxarı).

Yarışmada bu nominasiyalar olacaq: solo, duet, kiçik qrup (8 iştirakçı), ansambl (8-24 iştirakçı), böyük ansambl (25-50 iştirakçı).

Bakucity.az

müsabiqə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

İdman
"Neftçi" ilə müqavilənin müddətini uzadan kapitan Emin Mahmudov klubun rəsmi saytının suallarını cavablandırıb. BakuCity.az həmin müsahibəni təqdim edir. - Emin, "Neftçi” ilə yeni müqaviləyə imza atandan sonra nə hisslər keçirirsiniz? - Çox xoşbəxtəm! 3 ildir burada oynadığıma görə komandaya öyrəşmişəm. Birillik yox, uzun müddətli müqavilə bağladığım üçün özümü xoşbəxt hiss edirəm. Karyeramın sonunadək "Neftçi”də qalmaq istərdim. - "Neftçi” bu gün məşqləri...
Cəmiyyət
“Bu, ölümlə həyat arasında mücadilədir” Azərbaycan Televiziyası yenidən koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanadan reportaj hazırlayıb. BakuCity.az xəbər verir ki, reportajın məqsədi vəziyyətin ciddiliyini yoluxmuş şəxslərin öz dilindən təqdim etməkdir. Adı açıqlanmayıb, üzü gizlədilən xəstələrdən biri yaşantılarını belə dilə gətirib: “Heç kimə bura düşməyi arzulamıram. Ona görə özünüzü qoruyun. Dillə deyiləsi şey deyil. Çox çətindir. Bu, ölümlə...
Cəmiyyət
Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən videoreportaj hazırlanıb. Xaçmaz rayonunda 12 nəfərin yeni növ koronavirusa yoluxduğu Köhnə Xaçmaz kəndində pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. BakuCity.az xəbər verir ki, rayon mərkəzinə ən yaxın yaşayış məntəqələrindən olan Köhnə Xaçmazda beş min nəfərə yaxın əhali yaşayır. Bu kəndlə Xaçmaz şəhərini yalnız Qudyalçay çayı ayır...
Cəmiyyət
İyun ayında iki bayramın olması istirahət günlərinin sayını artırıb. BakuCity.az xəbər verir ki, bu ay ilk olaraq 15 İyun - Milli Qurtuluş Gününü qeyd edəcəyik. Daha sonra isə 26 İyun - Silahlı Qüvvələr Günüdür. Beləliklə, iyun ayı şənbə və bazar günləri də daxil olmaqla, 5 günlük iş həftəsində çalışanlar üçün 10, 6 günlük iş həftəsində çalışanlar üçün isə 6 gün qeyri-iş günü olacaq. BakuCity.az
İdman
"Neftçi" kapitanı Emin Mahmudovla müqavilənin müddətini artırıb. BakuCity.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya görə, 28 yaşlı yarımmüdafiəçi daha 3 il "ağ-qara” formanı geyinəcək. Paytaxt təmsilçisi daha əvvəl digər futbolçusu Anton Krivotsyukla yeni sözləşmə imzalayıb. Qeyd edək ki, Emin Mahmudov bu mövsüm meydana çıxdığı 26 oyunda 6 qol vurub. BakuCity.az
Cəmiyyət
Karantin rejimi yenidən sərtləşdirilə bilər. ”Karantin rejminin yumşaldılması və sərt qadağaların aradan qaldırılması insanlarda məsuliyyətsizlik yaratmamalıdır. Çünki virus hələ bitməyib və ciddi təhlükə qalmaqdadır”. BakuCity.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib. İ.Ağayev bildirib ki, dövlət tərəfindən atılan qətiyyətli addımlar nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma...
Cəmiyyət
Azərbaycanda  bir sutkada 5 nəfər koronavirusdan ölüb. Azərbaycan Respublikasında 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 80 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.  BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat edib.  Hazırkı dövrədək ölkəmizdə 5 662 n...
Mədəniyyət
Mərhum jurnalist Aynur Mirhəsənin “Azadlıq ibadəti” adlı kitabı çapdan çıxıb. BakuCity.az xəbər verir ki, bu, Aynur Mirhəsənin ilk kitabıdır. Sağlığında onun kitabı işıq üzü görməyib. “Qanun” nəşriyyatının buraxdığı “Azadlıq ibadəti”ndə Aynur Mirhəsənin bir hekayəsi, esseləri, tarix, media məsələləri, insan haqları, dövlət idarəçiliyi, dini etiqad və vicdan azadlığı problemlərinə həsr olunmuş məqalələri, reportaj və müsahibələri, araşdırmaları toplanıb. 19...
Biznes
"Dəniz Mall" bu gündən fəaliyyətə başlayıb. BakuCity.az xəbər verir ki, ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl edilməlidir: "Çox böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, "Dəniz Mall" 1 iyundan fəaliyyətə başlayır. Sizdən ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl etməyinizi, insanlarla məsafə saxlamağı və maskalardan istifadə etmə...