Bakıda bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

Bakıda bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək, Javid

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək

Bakucity.az xəbər verir ki, Azərbaycanda əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində təhsil haqqını dövlət ödəyəcək.

Bununla bağlı "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 20-ci (Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı) maddəsinə təklif olunan dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. (report)

Bakucity.az  

"Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər