Bakıda bu küçə yenidən quruldu - FOTO

Bakıda bu küçə yenidən quruldu - FOTO

Xətai rayonu Neapol küçəsi yenidən qurulub.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Bakucity.az-a verilən məlumata görə, küçə boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Uzunluğu 800 m, eni isə 24 metr olan Neapol küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma və bərpa işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib.

Neapol küçəsi boyu istiqaməti ayırmaq məqsədi ilə 1metr enində ayrıcı zolaq inşa olunub, kənarlarına səki daşları, üzərinə isə tamet daşları düzülüb.

Təmir-bərpa işləri Neapol küçəsinin 14 metr enə malik köməkçi yollarını da əhatə edib.

Bakucity.az

Bakıda bu küçə yenidən quruldu - FOTO, fotoşəkil-1
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər