“Neftçi”nin futbolçusu Haiti milli komandasına dəvət alıb

“Neftçi”nin futbolçusu Haiti milli komandasına dəvət alıb

Son matçına 22 futbolçu çağırılıb.

Bakucity.az xəbər verir ki, futbol üzrə Haiti milli komandasının heyəti açıqlanıb. Mərkəzi amerikalıların KONKAKAF Millətlər Liqasının seçmə mərhələsində keçirəcəyi son matçına 22 futbolçu çağırılıb.

Kuba ilə martın 24-də evdə olacaq qarşılaşmaya dəvət alanlar arasında “Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar da var. Bu komandanın ölkəmizdə çıxış edən digər üzvü Donald Gerye isə heyətdən kənarda qalıb.

“Qarabağ”ın futbolçusunun yığmaya çağırılmamağının səbəbi cəzalı durumda olmasıdır.

“Neftçi”nin 29 yaşlı yarımmüdafiəçisi millidə keçirdiyi 14 matçda 2 qol vurub.

Bakucity.az

Futbol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər