“Bakı-2020” Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı keçiriləcək

“Bakı-2020” Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı keçiriləcək

Bu festivalı ilk dəfə 2017-ci ildə Berlin şəhərində reallaşıb.

Bakucity.az xəbər verir ki, "NUR Art House" qalereyasında “Bakı-2020” Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.

Birinci Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı 2017-ci ildə Berlin şəhərində reallaşıb. Festivalın təsisçisi Dünya Xalqlarının Mədəniyyəti və İncəsənəti Beynəlxalq Assosiasiyasının sədri, Qazaxıstanlı rəssam Bulat Mekebayeva uzun illərdir ki, təkcə qazax təsviri sənətini deyil, həmçinin bütün türk dünyası rəssamlarının əsərlərini təqdim edir.

Konfransda müxtəlif ölkələrdən təmsilçilərin iştirak etdikləri birinci Berlin festivalı haqqında videoçarx nümayiş olunub. Tədbirdə bildirilib ki, 2020-ci il martın 11-də Bakıda keçiriləcək növbəti festivalda xarici ölkələrdən nümayəndələrin iştirakı gözlənilir. Bununla belə, əsas yer Azərbaycana ayrılıb.

Konfransda həmçinin festivalın keçirilməsi üzrə təşkilati məsələlərə baxılıb. Miniatür Kitab muzeyinin təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova, “Azərbaycan xalçaçıları” İB-nin sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Əməkdar mədəniyyət işçisi, NUR Art House qalereyasının direktoru Röya Tağıyeva, şairə, tərcüməçi, “Literaturnı Azerbaidjan” jurnalının poeziya şöbəsinin redaktoru Alina Talıbova, uşaq yazıçısı, professor, “Nasledie-İrs” Mədəni-Maarif Mərkəzinin rəhbəri, 40-dan çox elektron kitabın və 60 cizgi filminin müəllifi Solmaz Amanova və digərləri təkliflərlə çıxış ediblər.

Bakucity.az

Festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər