Həftə sonu bir-birindən maraqlı tamaşalar nümayiş olunacaq.
Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq.
Teatrsevərlər martın 15-də “Bir dəfə Bağdadda” (rus dilində) 16-da “O olmasın, bu olsun” və “Qodonun intizarında”, 17-də “Yatmış gözəl və cırtdanlar”, “Mən dəyərəm min cavana” tamaşalarına (azərbaycan dilində) baxa biləcəklər.
A.Şaiq adına Azərbaycan Dövlət Kula Teatrında da həftəsonu maraqlı tamaşalar göstəriləcək.
Burada uşaqlar martın 15-də “Ağ babanın nağılı”, “Şəngülüm, Məngülüm”, 16-da “Turp”, “Qoğal” (rus dilində), 17-də “Kəloğlan” və “Çipollino” (rus dilində) tamaşalarına baxa biləcəklər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu üçün 2 səhnə əsəri hazırlayıb.
Klassik və çağdaş əsərlər əsasında hazırlanan tamaşaçılardan martın 16-da “Tıq - tıq xanım”, 17-də isə “Tənbəl Əhməd” nümayiş olunacaq.
Azərbaycan Dövlət Pantomima Teatrının həftəsonu repertuarında isə 16 mart saat 18:00 tarixində “Kişilər və qadınlar”, 17-də eyni saatda “6+1 nömrəli palata” tamaşaları göstəriləcək.
Bakucity.az