Bakıda “Ənənədən gələcəyə” adlı dəfilə keçiriləcək

Bakıda “Ənənədən gələcəyə” adlı dəfilə keçiriləcək, Javid

Bakı Milli Geyim evinin dəfiləsi keçiriləcək

Bakucity.az xəbər verir ki, martın 15-i Muzey Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyilə Bakı Milli Geyim evinin “Ənənədən gələcəyə” adlı dəfiləsi keçiriləcək.

Bu barədə geyim evinin təsisçisi və direktoru, modelyer Könül Vəlibəyli məlumat verib. Onun sözlərinə görə, Bakı Milli Geyim evinin 10 illik yubileyinə həsr olunmuş dəfilədə bu illər ərzində hazırlanmış geyimlərlə yanaşı, yeni kolleksiyalar da qonaqlara təqdim olunacaq.

Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, ziyalılar, sənətsevərlər və media orqanlarının əməkdaşları iştirak edəcəklər. (AZƏRTAC)

Bakucity.az

“Ənənədən gələcəyə”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər