Bakıda yeniyetmə qaçırdığı “Hyundai”la birgə tutuldu

Bakıda yeniyetmə qaçırdığı “Hyundai”la birgə tutuldu, Javid

Polis əməliyyat-axtarış tədbirləri keçirib

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Fərhadov martın 12-də günorta saatlarında Mingəçevir küçəsindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən Bakucity.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə paytaxtın Nizami rayonu M.X.Şərifli küçəsində avtomobillə birgə saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakucity.az

DİN
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər