Bakıda İstiqlal Muzeyində “Lalələr” adlı sərgi keçiriləcək

Bakıda İstiqlal Muzeyində “Lalələr” adlı sərgi keçiriləcək, Javid

80-ə qədər əl işi nümayiş etdiriləcək.

Bakucity.az xəbər verir ki, martın 15-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyində Novruz bayramı ilə əlaqədar “Lalələr” adlı tədbir-sərgi keçiriləcək.

Sərgidə həvəskar rəssamlar Lalə Nəcəfova, Lalə Xanlarova və Elçin Nəcəfovun 80-ə qədər əl işi nümayiş etdiriləcək.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin mahnı və rəqs ansamblının kollektivinin hazırladığı musiqili bədii hissə nümayiş etdiriləcək.

Tədbirdə şəhid ailələri, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Milli Qvardiyanın əsgərləri, muzeylərin əməkdaşları və digər qonaqlar iştirak edəcəklər.

Bakucity.az

İstiqlal Muzeyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər