Bakıda yüksək vəzifələrə 9 təyinat gerçəkləşdi - SİYAHI

Nazirlik məlumat yayıb

Səhiyyə Nazirliyinin baş mütəxəssislərinin siyahısında dəyişiklik edilib, 9 yeni təyinat olub.

Bakucity.az xəbər verir ki, uşaq cərrahı Asim Uluxanovun yerinə K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahiyyəsi şöbəsinin müdiri Gündüz Ağayev, baş anestezioloq-reanimatoloq Aydın Qədirovun yerinə Azərbaycan Tibb Universitetinin I daxili xəstəliklər və reanimatologiya kafedrasının dosenti İsmayıl Məhərrəmbəyli, baş kardioloq Faiq Quliyevin yerinə ATU-nun klinik farmakologiya kafedrasının əməkdaşı Yusif Nağıyev, baş ftiziatr Elcan Məmmədbəyovun yerinə 1 nömrəli Vərəm Dispanserinin baş həkimi Yavər Şixəliyev, baş psixiatr Gəray Gəraybəylinin yerinə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Psixatriya kafedrasının müdiri, professor Teymur Qafarov təyin ediliblər.

Eyni zamanda baş uroloq Fikrət Qədiməliyevin yerinə M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının baş həkim müavini Xəqani Hüseynov, baş travmatoloq Vaqif Verdiyevin yerinə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov, baş dermatoveneroloq Zülfüqar Fərəcovun yerinə ATU-nun Dermatovenerologiya kafedrasının professoru Fərid Mahmudov, baş stomatoloq Kamran Aslanovun yerinə isə ATU-nun Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov təyin olunublar. ( ONA)

Bakucity.az

Səhiyyə Nazirliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
622 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Hadisə Nərimanov rayonunda qeydə alınıb. Paytaxtda daha bir kişi ailə münaqişəsi zəminində hamilə arvadını döyüb. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, akademik H.Əliyev küçəsində qeydə alınıb.  1991-ci il təvəllüdlü Q.Q. ailə münaqişəsi zəminində hamilə həyat yoldaşı, 1994-cü il təvəllüdlü N.X.-ya ağır xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Məktəbliyə yeni dərsliklər verilib Atası İlqar Vasilyeviçlə birlikdə zibil yığan 10 yaşlı Anjelinanın məktəb problemi həll olunub. Bakucity.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov yayıb. O bildirib ki, Raskopa Anjelina Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə fərdi təhsilə cəlb olunub: “Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Anjelinaya məkt...
Kriminal
Firdovsi Ələkbərov özünə genral forması tikdirib. Bakıda Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin (İnternational Human Rights Defence committe (CIPDH)) saxta generalı həbs edilib.  Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, sentyabrın 22-də Nərimanov Rayon Məhkəməsi Firdovsi Ələkbərova qarşı üç aylıq həbs qərarı verib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulan F. Ələkbərov Cinayət Məcəlləsinin 178.2.2 (Təkrar dələduzluq) v...
Cəmiyyət
Bakıda “Titan” və “Rational” şirkətlərinin təşkilatçılığı ilə aşpazlar üçün master-klass təşkil olunub. Bakucity.az xəbər verir ki, 30-dan çox aşpazın iştirak etdiyi master-klass zamanı onlara müxtəlif bişirmə texnologiyaları – SmartCooking, buxarda bişirmə, qızartma, mərhələli bişirmə və s. proseslər haqqında əyani üsullarla seminar keçirilib. Aşpazlara nə üçün “Rational”ın dünya bazarında buxar konvektomatları arasında lider olduğu və müxtəlif istehsalat...
Cəmiyyət
Paytaxtın Qaradağ rayonunda daş karxanasında ölümlə nəticələnən yanğın olub. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, gecə saatlarında “Korgöz” daş karxanasında baş verən yanğında Nəzərov Xaləddin Ağa oğlu yanaraq ölüb. Ehtimala görə, yanğın daş karxanasının istirahət otağında başlayıb.  Qeyd edək ki, X.Nəzərov karxanada operator işləyib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Hadisələr
Qəza nəticəsində bir nəfər xəsarət alıb Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakucity.az-a Bakı Nəqliyyat Agnetliyindən (BNA) bildirilib. Belə ki, Qaradağ rayon ərazisində 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. Agnetlik tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə 2 minik avtomobilinin avtobusun...
Cəmiyyət
Sabaha olan hava proqnozu açıqlandı Sentyabrın 24-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakucity.az xəbər verir ki, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.  Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Bakucity.az
Cəmiyyət
Sürücünün sükan arxasında halı pisləşib Bakıda polislər sükan arxasında halı pisləşən xanım sürücünün həyatını xilas edib.  Bakucity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə “Əhmədli” metrostansiyası yaxınlığında qeydə alınıb.  Belə ki, hərəkətdə olan 90 PK 778 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün sükan arxasında halı pisləşib. Həmçinin oxu: Bakıda gənc qızı vurub öldürən şəxslə bağlı ilginc faktlar - FOTO + VİDEO Ərazidə xidmət aparan pol...
Mədəniyyət
Heykəlin dəqiq yeri və ölçüləri müəyyənləşib Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin Novruz bayramında qoyulması planlaşdırılır. Bakucity.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında heykəlin lahiyə rəhbəri, Xalq rəssamı Xanlar Əhmədov deyib. Heykəlin hazırlanması prosesinin başladığını qeyd edən Xalq rəssamı bildirib, “İçərişəhər” metrostansiyası qarşısında qoyulacaq heykəlin dəqiq yeri və ölçüləri müəyyənləşib.  “Hazırda heykəlin işçi modelini haz...