Bakı avtovağzalı gücləndirilmiş iş rejiminə keçir

Bakı avtovağzalı gücləndirilmiş iş rejiminə keçir, Javid

Kompleks martın 15-dən 27-nə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Novruz bayramı ilə əlaqədar martın 15-dən 27-nə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Kompleksdən bildirilib.

Məlumata görə, bu müddətdə sərnişinlərin rahatlığının təmin olunması üçün bütün zəruri tədbirlər görüləcək. Sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq.

Sərnişinlər yaranacaq suallarla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzi, kassaların yanında yerləşən məlumat bürosu və perron nəzarətçilərinə müraciət edə bilərlər.

Səfər biletlərini reysin reallaşdırılmasına 10 gün qalmışdan avtovağzalın və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 126a ünvanında yerləşən turizm şirkətinin kassalarından, eləcə də onlayn rejimdə avtovağzal.az saytından əldə etmək mümkündür.

Bakucity.az

Bakı Beynəlxalq Avtovağzal Kompleksi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər