Bakıda olimpiya çempionu qəzaya uğradı - FOTO

Bakıda olimpiya çempionu qəzaya uğradı - FOTO, Javid

Yüksək sürət qəzaya səbəb olub

Bakucity.az xəbər verir ki, 2008-ci il Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədlinin idarə etdiyi avtomobil qəzaya uğrayıb.

Hadisə bu gün səhər saatlarında Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində baş verib.

Belə ki, yüksək sürətlə hərəkətdə olan Rusiya Federasiyasına məxsus B 862 CA 73 qeydiyyat nişanlı "VAZ 21 08" markalı minik avtomobili Elnur Məmmədlinin idarə etdiyi 90 NT 555 dövlət qeydiyyat nişanlı “KİA Cadenza” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Bakucity.az

Elnur Məmmədli
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər