Bakıda Dünya Kubokunun püşkatma mərasimi keçirilib

Bakıda Dünya Kubokunun püşkatma mərasimi keçirilib , Javid

Bu yarış Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verəcək

Bakucity.az xəbər verir ki, Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna gəlmiş nümayəndə heyətləri rəhbərləri və nümayəndələrinin görüşü keçirilib.

Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, görüş zamanı Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə yarış iştirakçılarının sayının artdığını deyib. O, əlavə edib ki, bu yarış 2020-ci il Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verəcək.

Beynəlxalq Gimnastika Federasiyasının qadın idman gimnastikası üzrə texniki nümayəndəsi Kim Daudell və kişi idman gimnastikası üzrə texniki nümayəndəsi Ceff Tomson yarışın təşkilində görülmüş işə görə Azərbaycan Gimnastika Federasiyasının Təşkilat Komitəsinə minnətdarlıqlarını bildiriblər.

Martın 14-17-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək və 41 ölkədən gimnastların çıxış edəcəyi kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunun püşkatma mərasimi keçirilib.

Bakucity.az

idman gimnastikası üzrə Dünya Kuboku
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər