Milli Kitabxana Bakı sakinləri üçün möhtəşəm yeniliklər edəcək - AÇIQLAMA

Bakıda kitabxanaya qayıdış var

Dünyanın ən böyük milli kitabxanalardan biri, Azərbaycanın isə ən iri kitabxanası olan M.F.Axundov adına Milli Kitabxana düz Bakının mərkəzində yerləşir. Sovet dövründə kitabxana Bakı sakinləri arasında kifayət qədər populyar olub. Mütaliə və tədqiqat aparmaq istəyənlər bir qayda olaraq bura üz tuturdular. Azərbaycan müstəqillik qazanandan sonra bir sıra problemlərə görə, kitabxananın populyarlığı Bakı sakinlər arasında azaldı. Bəs hazırda vəziyyət necədir, kitabxananın nüfuzu varmı, ora oxucuların qayıdışı müşahidə olunurmu? Bakucity.az mövzu ilə əlaqədar araşdırma aparıb, materialımızı təqdim edirik. 

Nəsimininin 800 səhifəlik biblioqrafiyası hazırlanır

Milli Kitabxananın direktoru Kərim Tahirov Bakucity.az-a açıqlamasında ilk olaraq Nəsimi ili ilə bağlı hazırlanan xüsusi tədbirlər planı barədə danışıb:

“Bu il Azərbaycanda ilk dəfə Nəsiminin əsərlərini əhatə edən 800 səhifəlik fundamental biblioqrafiyanı həm elektron, həm də kağız versiyada tərtib edəcəyik. Onun bütün əsərlərini əldə edə bilmək üçün dünya kitabxanalalarına sorğu göndərmişik. Nəsimi barədə azərbaycan, rus və ingilis dillərində tam şəkildə elektron məlumat bazası yaradılacaq. 

K.Tahirli martın 5-də baş tutacaq Türkiyə səfəri barədə də məlumat verib:

“Mədəniyyət naziri Əbülfəz Qarayev başda olmaqla, böyük bir nümayəndə heyətilə birlikdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) elan etdiyi “İmadəddin Nəsimi ili - 2019” tədbirinin açılışında iştirak etmək üçün Türkiyənin Ankara şəhərinə gedəcəyik. Orada böyük bir sərgi həyata keçirmək üçün özümüzlə 150 adda kitab aparacağıq. 

Nəsiminin irsinin təbliği ilə əlaqədar növbəti layihəmiz isə Azərbaycanın Macarıstandaki səfirliyi ilə birlikdə aprel ayında Budapeştdə həm kitab sərgisi, həm də ədəbi-bədii tədbirdən ibarət olacaq. Bu kompleks layihəni (sərgi, musiqi, şeir) təbii ki, il ərzində bölgələrimizdə də həyata keçirmək fikrimiz var”. 

Növbəti  biblioqrafiya 900 səhifəlik olacaq

Kitabxananın direktoru ilin ikinci böyük layihəyə misal kimi Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunan tədbirlər planını qeyd edib:

“Cəlil Məmmədquluzadənin yubileyi ilə əlaqədar hardasa 900 səhifəlik fundamental biblioqrafiya həm eloktron, həm kağız versiyada olacaq. Eyni zamanda TURKSOY, Mədəniyyət nazirliyi və Milli Elmlər Akademiyası ilə birlikdə həm Türkiyədə, həm də Bakıda (Milli Kitabxanada) böyük elmi konfrans keçirəcəyik.

Nəinki elektron kataloq, elektron kitabxanamız da formalaşıb. Artıq 2-ci mərhələdəyik. Elektron kataloqlarla elektron kitabxananı birləşdirib vahid bir portalda təqdim edirik. Sadəcə müəyyən yazıçılar var ki, onlar əsərlərinin internet üzərindən yayımlanmasını istəmirlər deyə, kitabları tam açılmır". 

Yerli oxucular arasında kitabxanaya qayıdış var

Kərim müəllim deyir ki, Milli Kitabxana bir neçə formada oxuculara xidmət göstərir:

“Burada elektron oxu, elektron resurslardan istifadənin təşkili, elektron dissertasiya fondu və dünya kitabxanalarına çıxış imkanları var. Kitabxanada ölkədə dərc olunan bütün qəzetlərin mövzular üzrə aylıq elektron bazası belə öz əksini tapır. Bütün bunların nəticəsidir ki, bu gün kitabxananın 162 min nəfər real, illik 4 milyona yaxın isə virtual oxucusu var. Real oxucularımızın 80%-i gənclərdir. KİV-lə birlikdə çaldığımız həyəcan təbili öz nəticəsini verir. Son 5 ildir ki, yerli oxucular arasında kitabxanaya qayıdış var. Kifayət qədər xarici oxucularımız da var. Bizim vəzifəmiz milli sərvəti hamı üçün əlçatan etməkdir”.

Milli Kitabxananın direktoru K.Tahirov sonda “Qayıdış” layihəsi barədə də məlumat verib:

“Mədəniyyət Nazirliyi ilə Milli Kitabxanan birlikdə həyata keçirəcəyi bu böyük layihə 5 il üçün nəzərdə tutulub. Azərbaycanın dünya kitabxanalarında, muzeylərində olan əlyazmalarının surətlərinin və elektron versiyalarının Milli Kitabxanada bazasını yaratmaq üçün vaxtı ilə dünyaya səpələnən külli miqdarda əlyazmalarımızı toplayacağıq”.

Sonda Milli Kitabxananın tarixi barədə

İlk dəfə 1922-ci ildə Azərbaycan Elmlər Akademiyasının binasında yaradılan və rəsmi açılışı 1923-cü ilin may ayında baş tutan kitabxananın oxu zalı 1927-ci ildə açılıb. O zaman kitabxananın fondunda cəmi 5000 nüsxə kitab olub. 13 nəfər işçisi olan bu kitabxananın ilk direktoru isə M.Səlimov olub. 1928-ci ildə kitabxana 6 şöbə: Şərq, Rus, Qərbi Avropa, Xüsusi şöbə, Xidmət və Biblioqrafiya bürosu fəaliyyət göstərib. M.F.Axundovun adı kitabxanaya 1938-ci ildə verilib. Milli Kitabxananın fondu hal-hazırda 4 604 133 nüsxədən ibarətdir və burada 24 şöbə fəaliyyət göstərir.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Milli Kitabxana
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Qayda pozan avtomobillər kameraya düşüb. Bakucity.az xəbər verir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Heydər Əliyev prospektində 1 dəqiqə ərzində qayda pozan 11 sürücü kameraya düşüb.  Bu sürücülər hərəkətin əks istiqamətinə çıxaraq təhlükə yaradıblar Avtomobillərin nömrələri, fotolarını və qayda pozuntusunu əks etdirəm videonu təqdim edirik: (Avtosfer.az) 01 BU 443 – Mercedes 190 01 CB 521 – Reno Megan 90 CX 559 – Mercedes 90 CS 932 – Volsvagen Passat 90...
Mədəniyyət
Müğənni "Jara" festivalında çıxış edəcək. Bakucity.az "Jara-2019" festivalının rəsmi “Instagram” səhifəsinə istinadən xəbər verir ki, rusiyalı məşhur pop müğənnisi Zivert (Yulia Sitnik) Bakıda səhnəyə çıxacaq. O, "Çak" və "Anesteziya" kimi populyar hitlərin ifaçısıdır. "Çak" mahnısı internetdə böyük bir müvəffəqiyyətə imza atıb, ondan dərhal sonra müğənninin bir neçə albomu işıq üzü görüb. 2017-ci ilin payızında müğənni "Anesteziya" adlı ikinci mahnıya çək...
Hadisələr
Abşeronda intihara cəhd olub. Bakucity.az xəbər verir ki, Saray qəsəbəsində yaşayan A.Soltanova çoxlu sayda dərman içib. O, dərhal xəstəxanaya yerləşdirilib. İntihara cəhd edən A.Soltanova 2 saylı Saray qəsəbə tam orta məktəbinin şagirdidir. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
İdman
CNN telekanalı Bakıdan reportaj hazırlayıb.  Bakucity.az xəbər verir ki, bir dəqiqəlik reportaj zamanı Ramil Cahangirov UEFA Avropa Liqasının final oyunu öncəsi Bakı haqqında qısa məlumat verib. “Mən Ramil Cahangirovam. Doğma şəhərim Bakıya xoş gəlmisiniz. Çoxlarına təəccüblü gəlsə də, Bakı futbolu çox sevən bir şəhərdir. Şəhərin istənilən bucağında Bakı sakinləri futbolu izləyir. Uşaqlar hər yerdə - məhəllələrdə, həyətlərdə və parklarda futbol oynayır. To...
Analitika
Ekspert məsələnin texniki tərəflərini izah edib. Müasir insan internet olmadan həyatını təsəvvür edə bilmir. Statistikaya görə, orta hesabla gündə 5 saat inernetə vaxt sərf edirik. Təbii ki, hər kəs internetin yüksək sürətlə işləməsini və münasib qiymətə başa gəlməsini istəyir. Bakucity.az bu gün şəhərimizdə internet provayderlərin iş proseduru, abonentlərin üzləşdiyi əsas problemləri və onların səbəblərini, həmçinin internet bağlantısının sürətini öyrənmə...
Cəmiyyət
Paytaxtda yanan "Diqlas" ticarət mərkəzi söküləcək.  Bakucity.az xəbər verir ki, bununla əlaqədar ərazi dəmir lövhələrlə hasarlanıb. Binanın damına ağır texnikalar qaldırılıb. Binanın söküntüsünə mayın 22-də başlanılacaq. Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli "Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğınd...
Cəmiyyət
Rənglənmə işləri zamanı hərəkət hissə-hissə məhdudlaşdırılacaq. Bakucity.az xəbər verir ki, Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gecə saat 00:00-dan səhər saat 06:00-dək isə Bakı-Sumqayıt şossesinin Xırdalan dairəsindən Beynəlxalq Avtovağzal kompleksi qarşısınadək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Bu üzdən sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hə...
Cəmiyyət
Bakı daha bir tədbirə ev sahibliyi edəcək. Bakucity.az xəbər verir ki, Beynəlxalq Elektron Ticarət Forumu (Baku E-trade Forum) keçiriləcək. Bu ilin sentyabr ayında keçiriləcək tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə baş tutacaq.  Forumda yerli və xarici nümayəndələrin iştirakı gözlənilir. Sessiyalar zamanı sahə ekspertlərinin, beynəlxalq və yerli təşkilatların nümayəndələrinin çıxışları gözlənilir. Bakucity.az
Hadisələr
Buzovna qəsəbəsi sakinin həyətində çətənə kolu aşkar olunub. Bakucity.az  xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Buzovna qəsəbə sakini saxlanılıb. Şahin Əliyevin yaşadığı evin həyətinə baxış keçirilən zaman xüsusi olaraq əkilən və qulluq edilən 877 ədəd narkotik tərkibli çətənə kolu aşkar o...