Kastinqə peşəkar aktyorlarla yanaşı yeniyetmə və gənclər də qatılacaq
Bakucity.az xəbər verir ki, 31 Mart saat 15:00-da “Jam SS Dance Show” studiyasında Azərbaycanda ilk “müzikl” truppasının kastinqi keçiriləcək.
İzləyicilər tərəfindən sevilən musiqili janrlar “Jam Group Production” tərəfindən gerçəkləşəcək.
Kastinqdə peşəkar aktyorlarla yanaşı 14 yaş və yuxarı olan, səhnə həyatına yeni başlayan yeniyetmə və gənclər iştirak edə bilərlər. İştirakçılar istedadlarını hazırladıqları 3 dəqiqəlik nömrələrlə nümayiş etdirməlidirlər.
Kastinqdən keçən aktyorlar ölkənin böyük səhnələrində çıxış etməklə yanaşı bölgələrə və xaricə səfər etmək şansı da qazanacaqlar. Həmçinin, aktyorlar istedadlarını inkişaf elətdirmək üçün ustad dərslərinə də qatıla biləcəklər.
Münsiflər iştirakçıları aşağıdakı meyarlara görə qiymətləndirəcəklər:
-rəqqaslar: xoreoqrafiya, artistlik, imic
-vokalistlər: vokal, artistlik, plastika.
Qeyd edək ki, 2018-ci ilin payızında Heydər Əliyev adına Sarayda komandanın ilk müziklının, "Broadway hekayəsi"nin təqdimatının dünya premyerası keçirilib və yaxın vaxtlarda şirkət dünyanın ən yaxşı müzikllarında ibarət «Best Musical Shows» layihəsinə keçirtdi. Biz “Arşın mal alana”, “O olmasın, bu olsun” kimi məşhur operettalara əsaslanaraq yeni müzikllar üzərində işləyirik.
Kastinqdə iştirak etmək üçün əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: +994 70 888-07-06