"Azərsu" Bakı kəndlərində yeni layihələrə start verdi

Yeni layihələrin icrasına başlanılıb

“Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Xəzər rayonunun qəsəbələrində  yeni layihələrin icrasına başlanılıb. 

ASC-dən verilən məlumata görə, ötən müddətdə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və Ceyranbatan-Zirə magistral su kəmərinin istismara verilməsindən sonra Abşeron yarımadasının kənd və qəsəbələrinin  içməli su təchizatında ciddi dəyişiklik müşahidə olunub. Növbəti mərhələdə Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrində, o cümlədən Xəzər rayonunun kənd və qəsəbələrində paylayıcı şəbəkələrin yaradılmasına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.

Xəzər rayonunda icra olunan layihələr Mərdəkan,  Buzovna, Qala, Şüvəlan, Türkan və Binə qəsəbələrini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir. Layihələrin əhatə etdiyi ərazilərin əksəriyyətində mərkəzləşdirilmiş içməli su şəbəkələri mövcud olmayıb.

Layihə çərçivəsində Şüvəlan qəsəbəsi Almaz İldırım və Dənizkənarı küçələrinin kəsişməsində yerləşən yaşayış məhəlləsində yeni su təchizatı şəbəkəsi yaradılır. Burada müxtəlif diametrli borularla 9,8 km uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq.

Şağan qəsəbəsində də su şəbəkəsinin genişləndirilməsinə başlanılıb. Qəsəbə ərazisində müxtəlif diametrli borularla 3,8 km uzunluğunda yeni su şəbəkəsi yaradılacaq. 

Binə qəsəbəsinin Südçülük adlanan ərazisində yeni mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi inşa ediləcək. Burada ümumi uzunluğu 4,6 km su xətlərinin tikintisi nəzərdə tutulur.

Hazırda Mərdəkan qəsəbəsi Sergey Yesenin və Hacı Zeynalabdin Tağıyev, Buzovna qəsəbəsi Koroğlu küçələrində, həmçinin Qala qəsəbəsində su şəbəkələrinin tikintisi davam etdirilir.

Ümumilikdə, Xəzər rayonunda icra olunan layihələr çərçivəsində 21 km-dən çox su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq. Hazırda Buzovna və Türkan qəsəbələrində bina və həyət evlərinə sayğacların quraşdırılması davam etdirilir. Tikinti-quraşdırma işləri yay aylarına qədər başa çatdırılacaq. Yeni layihələrin icrası nəticəsində 2 mindən çox evə ilk dəfə su veriləcək.

Qeyd edək ki, hazırda “Azərsu” ASC Xəzər rayonunun 8 qəsəbəsində 35 minədək abonentə xidmət göstərir.

Bakucity.az

"Azərsu"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Ermənilərin dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. BakuCity.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluqdan məlumat verilib. Verilən məlumata görə, 20.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu mü...
Cəmiyyət
Ermənilər növbəti təxribatlarına əl atıblar. Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi uğurlar, torpaqlarımızın azad edilməsi hər birimizi qürurlandırır. Bu haqlı mübarizədə vətəndaşlarımız əsgər və zabitlərimizə dəstək olmağa çalışır. Ermənistan tərəfi isə vəziyyətdən sui-istifadə edərək, “Telegram” və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında v...
Cəmiyyət
Azərbaycan ordusu Zəngilan şəhəri və rayonun 6, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndini işğaldan azad edib.  BakuCity.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev televiziya ilə xalqa müraciətində deyib. Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri. Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri. Xocavənd rayonu: Ağcakənd,...
Cəmiyyət
İşğalçı Ermənistan tərəfi Qarabağda gedən döyüşlərdə Azərbaycana məğlub olduğunu bir daha etiraf edib. BakuCity.az xəbər verir ki, Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan öz feysbuk hesabında geri çəkildiklərini bildirib: “Geri çəkilmə məğlubiyyət deyil, 1918 və 1941-ci ildə də bir geriçəkilmə var idi. 1992-ci ildə də eyni geri çəkilmə baş vermişdi”. BakuCity.az
Cəmiyyət
İgidlərimizi siz də tanıyın. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatları uğurla davam edir. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, ordumuzun rəşadəti nəticəsində işğaldan azad edilən şəhər və kəndlərimiz Ermənistan silahlı qüvvələrindən təmizlənib və həmin ərazilər bölmələrimizin tam nəzarəti altındadır. Azər...
Cəmiyyət
Az sonra Prezident İlham Əliyevin xalqa müraciəti olacaq. BakuCity.az xəbər verir ki, bu haqda məlumat AZTV-də yayımlanıb. Çıxış bütün telekanallarda yayımlanacaq. BakuCity.az
Ekologiya
Bakıda oktyabrın 21-də gözlənilkən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyi...
Cəmiyyət
“Xəyallarımız puç oldu…” Ermənistan baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib. BakuCity.az xəbər verir ki, Mariam "Facebook” profilində pessimist notda yazdığı status erməni istifadəçilərdə ciddi narazılıq yaradıb. Ermənistan mətbuatı artıq baş nazirin ailəsinin belə bir bədbin ab-havada olmasını müzakirə mövzusuna çevirib. Ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadə...
Cəmiyyət
“Tarixin axınının dəyişdiyi günlərdən keçirik”. BakuCity.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.  Mustafa Şentop bildirib ki, insanlıq yeni arayışlar içərisindədir: “İkili standartlardan uzaq, bütün insanların bərabərliyinə dayanan dünyanın qurulması gərəkir. Dünyanın geopolitik və ekonomik nizamı sürətli şəkildə Asiyaya axır. Bəzi siyasət alimləri tərəfindən 21-ci əsr “Asiya əsri...