Xətai Sənət Mərkəzində rəsm sərgisi açılacaq

Xətai Sənət Mərkəzində rəsm sərgisi açılacaq

Müsabiqəyə 700-ə yaxın uşaq 1800-dən çox əsərlə müraciət edib

Bakucity.az xəbər verir ki, martın 18-i və 19-da Xətai Sənət Mərkəzində “Yurdumuza bahar gəlir” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Mərkəzdən bildirilib ki, müsabiqəyə 700-ə yaxın uşaq 1800-dən çox əsərlə müraciət edib. 12 yaşa qədər uşağın 150 işi, 12-17 yaşarası 130-a yaxın uşağın isə 140 sənət əsəri seçilib.

Sərgidə nümayiş olunan əsərlərin müəllifləri təşəkkürnamə ilə təltif olunacaq və seçilmiş 20 əsərin müəllifi “Azərbaycanım” uşaq rəsm festivalında iştirak etmək hüququ qazanacaq.

Müsabiqə Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə elan edilib.

Bakucity.az

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər