Bakıda “Sənətkarlıq məhəlləsi” adlı festival təşkil ediləcək

Bakıda “Sənətkarlıq məhəlləsi” adlı festival təşkil ediləcək

Festival 2 gün davam edəcək

Bakucity.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Novruz bayramı münasibətilə martın 21-22-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Sənətkarlıq məhəlləsi - 2019” adlı festival keçirəcək.

Tədbirdə müxtəlif sənət nümunələri üzrə sənətkarlar, pəhləvanlar, Kosa, Keçəl və Bahar qızı kimi Novruz personajları iştirak edəcək.

Bayram tonqalının yandırılması, zorxana oyunları, türk döyüş növlərinin nümayişi, xınayaxdı və “face art” mərasimlərinin təşkili, “Pozitiv kids” studiyasında uşaqlar üçün əyləncəli oyunlar, bəzək əşyalarının hazırlanma prosesi, ətirli çay dəstgahı, səməni halvası və s. kimi milli mətbəx nümunələrimiz təqdim olunacaq.

Festival günlərində şəhərimizin sakinləri və əcnəbi qonaqların şənlikdə rahat iştirakını təmin etmək məqsədilə ödənişsiz nəqliyyat vasitələri fəaliyyət göstərəcək.

Festival 2 gün, saat 12:00-dan 17:00-dək davam edəcək.

Bakucity.az

Festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər