Bakıda ərəb turistlər azalıb: 200 min çinli gələcək – AÇIQLAMA

Ərəb turistlər doğrudanmı Bakıya gələ bilmir?

Bir müddət əvvələ qədər paytaxt küçələrində, xüsusilə mərkəz ərazilərdə çoxluq təşkil edən ərəb turistlər indi o qədər də gözə dəymirlər. Yeni bağlanmış müqaviləyə əsasən isə qarşıdaki illərdə Bakıya 200 min çinli turistin gələcəyi gözlənilir. Bu dəyişiklik nə ilə nəticələnəcək? Çinli turistlər ölkə turizminə necə faydalı ola bilərlər? Qarşıdakı illərdə ölkədə turizm bazarı genişlənəcəkmi? – bu kimi sualları Bakıda Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, iqtisadçı Ruslan Quliyev cavablandırıb. Bakucity.az materialı oxuculara təqdim edir.

Çin bazarını fəth etmək üçün hansı işlər görülməlidir?

Saytımıza açıqlama verən Ruslan Quliyev qeyd edib ki, ölkə turizmində və beynəlxalq bazarlarla münasibətlərdə sadəcə bir istiqamətli fəaliyyət göstərmək olmaz:

“Diversifikasiya vacib məsələdir. Bu səbəbdən də fəaliyyətimizdə hər ölkə turistinə, hər bazara uyğun turizm məhsullarını artırmalıyıq. Beynəlxalq təcrübəni nəzərə alaraq dünyada hansı xidmətlərdən istifadə olunursa, dünya turistləri daha çox hansı ölkələrə gedir və daha çox hansı məhsulları alır, hansı xidmətlərdən istifadə edirsə, bunun kompleks şəkildə araşdırılması, sorğuların keçirilməsi lazımdır. Hal-hazırda bizim üçün Çin bazarı ilə yanaşı, Hindistan, Koreya, Yaponiya və s. kimi bütün bazarlar maraqlıdır. Bu turistlərin digərlərindən fərqi də ondan ibarətdir ki, bunlar uzunmüddətli səyahətlərə, yəni, gecələmə sayı artıq olan ölkələr siyahısına daxildirlər. Regionlara səyahət edərkən isə, əsasən bir neçə ölkəni əhatə edən səfərlər planlaşdırırlar və bu da onların "İpək Yolu" layihəsilə müxtəlif  marşrutlara cəlb olunmalarının vacibliyini göstərir. Əgər biz Çin bazarını fəth etmək istəyiriksə, bu istiqamətdə sistemli iş görülməli – mütəmadi təqdimatlar, tədbirlər, seminarlar, ikitərəfli görüşlər və təqdimatlar və s. keçirməliyik". 

“Ərəb turistlər spesifik turistlərdir” 

 Ölkədə bazar iqtisadiyyatını daha mükəmməl şəkildə formalaşdırmalıyıq. - Ruslan  Quliyev açıqlamasına davam edib:  Bizim üçün MDB məkanı, qonşu dövlətlər və təbii ki, ortaq tarixlərə malik olduğumuz xalqlara olan turların satılması önəmlidir. Bunlar “Alman məskənləri” marşrutu, “Aleksandr Düma Qafqazda” marşrutudur ki, sona çatdırmaq lazımdır. Azərbaycanda “Uzunömürlülər marşrutu” və s. kimi marşrutlar da maraqlıdır. Ərəb turistlər isə spesifik turistlərdir, amma Azərbaycana yalnız ərəb və ya çin turustləri lazım deyil. Bizim üçün gecələmə sayını çoxaltmağa istiqamətlənmiş məhsulların təklif olunması vacibdir. Qafqazda kombinə olunmuş turların həyata keçirilməsinə çox böyük ehtiyacımız var. Əgər hansısa turizm bazarını cəlb etmək istəyiriksə, bu iş sistematik görülməlidir. Yəni bir bazarda fəaliyyət göstərib başqa bazarlara keçmək olmaz”.  

Ərəblər doğrudanmı Bakıya gələ bilmir?

İraq vətəndaşlarına “ASAN viza”nın verilməməsi ölkədə ərəb turistlərin kütləvi azalmasına səbəb ola bilməz deyən ekspert, yayılan məlumatları təkzib edib: 

“İraq vətəndaşlarına sərhəddə viza verilməməsinin ölkəyə gələn turistlərin kütləvi azalması ilə heç bir əlaqəsi ola bilməz. Bəzi risk daşıyan ölkələr var ki, həmin ölkələrin vətəndaşlarına müəyyən məhdudiyyətlər qoyula bilər, amma  bu hal ölkəyə axın edən turistlərin sayında ciddi azalma ilə nəticələnə bilməz, bu doğru deyil. Çünki gəlmək istəyən hansı yolla olur olsun, gələcək”, deyə ekspert fikrini tamamlayıb. 

Qeyd edək ki, bu il martın 1-də Pekində “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Beləliklə də yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub.

Xatırladaq ki, ötən ilin nəticələrinə görə, Azərbaycana 2 milyon 850 min nəfər xarici vətəndaş səfər edib ki, onların da ölkə iqtisadiyyatına ümumi töhfəsi  2 milyard dollara yaxın olub.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Ərəb turistlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

İdman
Giqqzin ümumi siyahısında 49 futbolçu yer alıb Uels millisinin baş məşqçisi Rayan Giqqz Avropa çempionatına (Avro-2020) aparacağı təxmini heyəti seçib. BakuCity.az Apasport.az-a istinadən məlumat verir ki, Britaniya mətbuatı 47 yaşlı mütəxəssisin hazırkı duruma əsasən “23-lüy”ü müəyyənləşdirdiyini yazıb. R.Giqqzin ümumi siyahısında 49 futbolçu yer alıb ki, onlardan 23-ü indiki durumda qitə birinciliyinə əsas namizəddir. Həmin “23-lük” demək olar ki, üzdə o...
Cəmiyyət
Sexin fəaliyyəti məhdudlaşdırılıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu ərazisində fiziki şəxs Həsənov Röyal Allahverdi oğluna məxsus süd məhsullarının istehsalı sexində yoxlama keçirilib. Həmçinin oxu: Bakıda "Məşədi şirniyyatı" sexində natəmizlik baş alıb gedir - FOTO AQTA-dan BakuCity.az-a verilən məlumata görə, müəssisədə qida təhlükəsizliyinə dair tələblər yerinə...
Cəmiyyət
Binəqədidə qənnadı sexlərinin fəaliyyəti məhdudlaşdırılıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, ev 54 ünvanında fəaliyyət göstərən fiziki şəxslər - Vəliyev Akif Müseyib oğluna və Şərifov Elburus İsfəndiyar oğluna məxsus unlu və qənnadı məmulatlarının istehsalı sexlərində reyd keçirib. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, reyd zamanı hər iki müəssisədə məhsul istehsalı, saxlanması, daşınma...
Siyasət
"O zamanlar Azərbaycanda ciddi mənada sıxıntılı dövr idi" “Bu gün Bakıda mətbuat konfransında da ifadə etdim. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdə də Azərbaycana getmişdim. 1992-ci ildə də Ərbəkan müəllimlə (Nəcməddin Ərbəkan, 1996-1997-ci illərdə Türkiyənin Baş Naziri olub – red.) Bakıya getmişdim. O vaxtlar market, bazarlarda elə də bir şey tapa bilməzdik. Bir şey istədikdə, satıcı vitrində göstərdiklərinizdən ikincisini tapa bilmirdisə,...
Ekologiya
Hazırda toz dumanı müşahidə olunur Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monotorinq Departamentinin direktoru Ramal Bağırov BakuCity.az-a bildirib ki, buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsid...
Cəmiyyət
Hərəkət dayandırılıb Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. BakuCity.az-ın məlumatına görə, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib. Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurban...
Hadisələr
Qayınanasının vəziyyəti ağırdır Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, Masallı rayon, Təzəkənd kənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. Daha sonra əlindəki silahla özünə atəş açıb. Həmin şəxsin həyat yoldaşı və qaynı hadisə yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır. Hadisəyə səbəb həyat yoldaşının ondan boşanmaq istəməsi o...
Siyasət
Bu gün görüşüb qərar verəcəklər Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İlqar Məmmədov (REAL), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat) və deputatlığa müstəqil namizəd Fərhad Mehdiyevin mitinqlə bağlı müraciətinə cavab verib. BakuCity.az-ın məlumatına görə, mitinqin təşkilatçılarından olan D18 təşkilatının rəhbəri Ruslan İzzətli APA-ya bildirib ki, mitinqin 29 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May...
Mədəniyyət
Hazırda da dumanlı hava şəraiti davam edir Bu gün səhər saatlarından etibarən Abşeron yarımadasında toz dumanı müşahidə olunur. BakuCity.az xəbər verir ki, Sumqayıtda qeydə alınan görüntülər isə “sunami”ni xatırladıb. Qeyd edək ki, hazırda da dumanlı hava şəraiti davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu bu halı təbii metereoloji hadisə adlandırıb. Bildirilib ki, havanı...