“Azərişıq” ASC istehlakçılardan üzr istəyir
Bu gün Qobustan qəsəbəsi, Kötəl kəndi və Ələt bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən Bakucity.az-a verilən məlumata görə, buna səbəb Qaradağ ETSİ-nin xidmət ərazisində yerləşən 110/35/6 kV-luq “AEK” və 35/10 kV-luq “Ələt-Bağlar” yarımstansiyalarında aparılan yenidənqurma işləridir.
Yaranmış narahatlığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.
Bakucity.az